Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ukraynada DAXİLİ İŞLƏR NAZİRİNƏ qarşı cinayət işi açıldı

Ukraynanın Baş prokurorluğu DİN-nin başçısı Arsen Avakova qarşı cinayət işi qaldırıb. Baş prokuror Yuri Lutsenkonun sözlərinə görə cinayət işi Korrupsiyaya qarşı mübarizə Mərkəzi rəhbərinin müraciətindən sonra başladılıb.

24saat.org saytı “Telekanal 24″ə istinadən xəbər verir ki, Ukrayna DİN rəhbəri Arsen Avakova qarşı cinayət işi qaldırılıb. Bu barədə bəyanatla Telekanal 24-ün “Sol sahil” proqramının efirində ölkənin Baş prokuroru Yuri Lutsenko çıxış edib. Cinayət işinin başladılması üçün əsas Korrupsiyaya qarşı mübarizə Mərkəzinin rəhbəri Vitali Şabuninin müraciəti olub.

“Mən gün ərzində onlarla insandan məktub alıram, o cümlədən də cənab Şabunindən. Onun məktubuna əsasən də eyni qaydada cinayət işi qaldırmışam. Siz inanmayacaqsınız kimin barəsində – Daxili işlər naziri Avakov, ona görə ki, hamı bərabərdir. UBP-nada bütün müraciətlər eyni prosessual statusa malikdir” – Lutsenko deyib.

Əvvəl məlumat verilmişdi ki, cinayət işi Korrupsiyaya qarşı mübarizə Mərkəzinin özünə qarşı qaldırılıb. Kiyev şəhəri Peçersk rayon məhkəməsi Baş prokurorluğa KMM-dən sənədlərin götürülməsini aparmağa icazə vermişdi.

112.ua xəbər verir ki, cinayət işinə UBP-nun islahatı üçün ayrılmış ABŞ qrantının axtarışı faktı ilə əlaqədar olaraq başladılmışdı.

Baş prokuror Lutsenko KMM-nə qarşı cinayət işinin bağlanılacağına söz verib, bunun cavabında Şabunin bəyan edib ki, bunu təkcə Lutsenkonun ağzından eşitmək deyil, həm də müvafiq sənədi görmək istərdi. O, həmçinin əlavə edib ki, onun fikrinə görə, KMM-nə qarşı icraata başlamış olan prokurorlar da cəzalandırılmalıdır.

Svoboda.ua qeyd edir ki, əvvəl daxili işlər naziri Arsen Avakov DİN-nin millət vəkili İqor Kotvitskiyə qarşı apardığı istintaqda maraqların toqquşması barədə məlumat verməyib.

24saat.org

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Rus politoloq:”Yaxın 10 il ərzində Dağlıq Qarabağ məsələsi həll olunmayacaq”

%d bloqqer bunu bəyənir: