Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ukraynada azərbaycanlılara qarşı hücumlar səngimir

Baş prokuror Zakir Qaralov son dövrlər Ukraynada azərbaycanlılara qarşı zorakılıq hərəkətlərinə yol verilməsi ilə əlaqədar həmin ölkənin Baş prokuroru Yuriy Lutsenkoya müraciət edib. Qurumdan Bizimyol.info saytına verilən məlumata görə, müraciətdə azərbaycanlılara qarşı, o cümlədən Xaçmaz rayonunda anadan olmuş Abdulla Abdullayevin Pokrovsk şəhərində qəsdən öldürülərək külli miqdarda pulunun ələ keçirilməsi, həmin şəhərdə fəaliyyət göstərən “Azərbaycan” cəmiyyətinin sədri Şahin Bəylərova məxsus iki ədəd avtomobilin partladılması, Donetsk vilayətində İlqar Aşurovun oğurlanaraq qəsdən öldürülməsi və külli miqdarda pulunun və avtomobilinin ələ keçirilməsi, Xerson vilayətində sahibkar Təbriz Ələkbərovun xüsusi amansızlıqla qətlə yetirilməsi və sair törədilmiş cinayətlər qəti şəkildə pislənib. Həmçinin müraciətdə ayrı-ayrı şəxslər tərəfindən yol verilmiş bu hadisələrin ictimaiyyət arasında geniş rezonans doğurması bildirilməklə, araşdırmaların cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq obyektiv və ədalətli şəkildə aparılması və həmin hərəkətlərə qısa müddətdə hüquqi qiymət veriləcəyinə əminlik ifadə olunub.

Qeyd edək ki, son vaxtlar Ukraynada azərbaycanlılara qarşı cinayətlərin artmasına, xüsusilə adam oğurluğu hallarına DİN tərəfindən lazımi reaksiya verilməməsi, tıdbirlər görülməməsi bu ölkədə yaşayan soydaşlarımızı narahat edir. Bununla bağlı Ukraynada yaşayan azərbaycanlılar iki gün əvvəl Kiyevdə Daxili İşlər Nazirliyinin (DİN) binası qarşısında etiraz aksiyası keçiriblər. Aksiyanın qətnasəndə qeyd edilib ki, Arsen Avakovun Ukraynanın daxili işlər naziri təyin olunmasından ötən 2 il müddətində 20-dən çox azərbaycanlı iş adamı və iş adamlarının övladları oğurlanıb, tanınmış azərbaycanlılara qarşı sui-qəsd halları artıb, bu cinayətlərin üstünün açılması təmin edilməyib.
Bildirilib ki, bununla bağlı Ukraynadakı Azərbaycan diasporu ölkə prezidentinə və Daxili İşlər Nazirliyinə 30-dan çox müraciət etsə də, nəticə olmayıb: “Bu hal davam edərsə və azərbaycanlılara qarşı baş verən bu halların qarşısı alınmasa, bütün ölkə üzrə azərbaycanlıların oturaq aksiyası təşkil olunacaq”.

Daha sonra Ukrayna daxili işlər nazirinin müşaviri İvan Stoyka aksiya iştirakçıları adından Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevi və Konqresin Ali Məclis sədri Akif Gülməmmədovu qəbul edib. DİN adından azərbaycanlılara rəsmi təminat verilib ki, təhlükəsizliklərinin təmin oluması üçün lazımı addımlar atılacaq. İ. Stoyka nazirin adından azərbaycanlılara söz verib ki, bu günlərdə hökumətdə azərbaycanlılarla rəhbərliyin görüşü təşkil ediləcək, yaranmış narahatlığa son qoyulması üçün tədbilər görüləcək. Aksiyanın qətnaməsi DİN-ə də təqdim olunub.

Aksiyadan sonra azərbaycanlı gənclər oğurlanan həmyaşıdlarına dəstək olaraq A. Avakovu tənqid edən “fləşmob” keçiriblər.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

ABŞ-dan Əliyevə sərt referendum xəbərdarlığı

%d bloqqer bunu bəyənir: