Ukrayna və Rusiya arasında “oğurlanan əsgərlər” ixtilafı

Rusiya Ukraynanı Krımda qulluq edən və ona məxsus olan iki hərbçini oğurlamaqda ittiham edib.

Rusiya müdafiə naziri deyib ki, hərbçilər bazar günü “qeyri-qanuni saxlanılıb”.
Ukrayna isə deyir ki, həmin şəxslər Krım 2014-cü ildə ilhaq edildikdən sonra Ukrayna ordusundan Rusiyaya tərəf keçən fərarilərdir.
Rusiya onların həbsini “növbəti böyük provokasiya” adlandırıb və onların “dərhal qaytarılmasına” çağırıb.
Həbs olunan hərbçilər, praporşik Maksim Yevgeneviç Odinsova və kiçik serjant Aleksandr Vyaçeslavoviç Baranovdur.
Ukrayna Təhlükəsizlik Xidməti deyir ki, onlar Ukrayna yoxlama məntəqəsini keçdikdən sonra saxlanılıb.
‘Etiraf və təxribat’
Rusiya müdafiə nazirliyinin yaydığı bəyanatda, Ukrayna təhlükəsizlik orqanları iki hərbçini “Ukraynaya qarşı törədilən cinayətlərə görə yanlış cinayət motivi hazırlamaqda” ittiham edilib.
Ukrayna böhranı xəritələrdə
Rusiya ilə Ukrayna arasında münasibət, iki il bundan əvvəl Rusiya Krımı ilhaq ediləndən sonra donmuş vəziyyətə çatıb.
Bu ayın əvvəlində bir neçə Ukrayna sakini Krımda saxlanılaraq Rusiyaya qarşı təxribat törətməkdə ittiham olunub.
Onladan bir neçəsi Rusiya televiziyasında onlara qarşı irəli sürülən ittihamı etiraf edib.
Ukrayna rəsmiləri ittihamları rədd edir (BBC).

Büdcə talançısı Vidadi Zeynalov azadlığa buraxılır – PİAR ELDAR MAHMUDOVDAN GƏLİR

Sonrakı Yazı »

Ukrayna AB-nin Trump-a dirənməsini istəyir

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: