Ukrayna şist qaz hasilatına başlayıb


Ukraynanın “Naftoqaz Ukrainı” milli səhmdar cəmiyyətinə məxsus olan “Ukrqazdobicha” şirkəti rus qazından asılılığını azaltmaq üçün bu ilin oktyabr ayında layların hidroparçalanması (freking) üsulu ilə şist qaz hasilatına başlayıb.

Bu barədə məlumatı “Bloomberg” agentliyinə “Naftoqaz Ukrainı” şirkətinin idarə heyətinin sədri Andrey Kobolev verib. O, qaz quyusunun harada qazıldığı barədə məlumat verməyib. A.Kobolev son illərdə 20 mlrd. kub metrə qədər azalan illik qaz hasilatını 27 mlrd. kub metrə qədər artırmaq istədiklərini açıqlayıb. Ukraynanın bu sahədə təcrübəsinin olmadığını bildirən A.Kobolev bunun üçün xarici tərəfdaşlarla əməkdaşlıq edəcəklərini söyləyib.

Xatırladaq ki, ABŞ-ın Energetika Nazirliyinin Energetika İnformasiyaları İdarəsi (EİA) Ukraynanın 128 trln. kub metr şist qazına sahib olduğunu, ehtiyatların həcminə görə Avropada 4-cü sırada yer aldığını açıqlayıb. Britaniyanın BP şirkətinin hesabatına görə, Ukrayna 2015-ci ildə 17,4 mlrd. kub metr qaz hasil edib və bu son 10 ildə minimal göstərici olub. Ukraynanın illik qaz istehlakı 40 mlrd. kub metrə yaxındır.

(report)

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

“Mavi”lərin məscidinin imamı: “Mən buyam..”

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: