Advertisements
24 saat

Ukrayna polisi 20 ildir ki, Ehtiram Məmmədovu axtarır


Ukraynanın Nikolayev vilayətinin polisi Azərbaycan vətəndaşı, Bəyimli kəndinin sakini (rayon göstərilmir) Məmmədov Ehtiram Əsabil oğlunu düz 20 ildir ki, axtarır.

1977-ci ildə anadan olmuş Məmmədov 1997-ci ildə narkotik maddənin satış məqsədi olmadan qanunsuz yolla əldə edilməsi, saxlanılması və daşınması maddəsi üzrə 2 il azadlıqdan qiyabi məhrum edilib. Ancaq onu tapıb cəzasını çəkməyə göndərə bilmir. İndi Nikolayev polisi vətəndaşlardan xahiş edir ki, həmin şəxsin barəsində informasiyaları varsa onlara çatdırsınlar.

virtualaz.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: