Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
yuyyyy

Ukrayna Krımdan iki əsgəri oğurlayıb, Rusiya deyir

Rusiya Ukraynanı Krımda qulluq edən və ona məxsus olan iki hərbçini oğurlamaqda ittiham edib.

Rusiya müdafiə naziri deyib ki, hərbçilər bazar günü “qeyri-qanuni saxlanılıb”.

Ukrayna isə deyir ki, həmin şəxslər Krım 2014-cü ildə ilhaq edildikdən sonra Ukrayna ordusundan Rusiyaya tərəf keçən fərarilərdir.

Rusiya onların həbsini “növbəti böyük provokasiya” adlandırıb və onların “dərhal qaytarılmasına” çağırıb.

Həbs olunan hərbçilər, praporşik Maksim Yevgeneviç Odinsova və kiçik serjant Aleksandr Vyaçeslavoviç Baranovdur.

Ukrayna Təhlükəsizlik Xidməti deyir ki, onlar Ukrayna yoxlama məntəqəsini keçdikdən sonra saxlanılıb.

‘Etiraf və təxribat’

Rusiya müdafiə nazirliyinin yaydığı bəyanatda, Ukrayna təhlükəsizlik orqanları iki hərbçini “Ukraynaya qarşı törədilən cinayətlərə görə yanlış cinayət motivi hazırlamaqda” ittiham edilib.

Rusiya ilə Ukrayna arasında münasibət, iki il bundan əvvəl Rusiya Krımı ilhaq ediləndən sonra donmuş vəziyyətə çatıb.

Bu ayın əvvəlində bir neçə Ukrayna sakini Krımda saxlanılaraq Rusiyaya qarşı təxribat törətməkdə ittiham olunub.

Onladan bir neçəsi Rusiya televiziyasında onlara qarşı irəli sürülən ittihamı etiraf edib.

Ukrayna rəsmiləri ittihamları rədd edir.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

ŞOK:Serj Sarkisyanın qızının intim görüntüləri yayıldı və ölkə ayağa qalxdı – 18+ VİDEO

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: