Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ukrayna faiz dərəcəsini azaldır

Ukrayna Mərkəzi Bankı əsas faiz dərəcəsini 22 faizdən 19-a salıb. Bunu qiymət sabitliyinə riskin əsaslı azalmasıyla izah edib.

Milli Bank aprelin 21-də bildirib ki, deflyasiya davam edərsə və ölkəyə 17.5 milyard dollarlıq kreditin verilməsi bərpa olunarsa, faiz dərəcəsi daha da azaldıla bilər.

«İndi əsas risk Beynəlxalq Valyuta Fonduyla əməkdaşlığın bərpasında yubanmadır», – bank bildirir.

Bank bu il üçün inflyasiya gözləntisini 12 faizdə saxlayıb. Bildirib ki, BVF əməkdaşlığı bərpa edərsə, kapitala nəzarəti yumşalda bilər.

Ölkənin yeni maliyyə naziri Oleksandr Danylyuk bildirib ki, BVF-nin 1.7 milyard dollarlıq krediti gələn aydan verilə bilər.

azadliq.org

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Lavrov Qarabağa görə Türkiyəni ittiham edib

%d bloqqer bunu bəyənir: