Advertisements
24 saat

Ukrayna Azərbaycandan 4 milyon ton neft almaq istəyir


Ukraynanın Kremençuq Neft Emalı Zavoduna (NEZ) ildə 1,3 mln. ton olmaqla 3 il müddətinə 4 mln. ton həcmində Azərbaycan nefti nəql olunacaq.

Ukrayna KİV xəbər verir ki, bununla bağlı ötən gün “Ukrtransnafta” və “Ukrtatnafta” (zavodun operatoru) niyyət protokolu imzalanıb. Nəqlin 2017-ci ildən başlanacağı gözlənilir.

Ukrayna Energetika və Kömür Sənayesi Nazirliyi hesab edir ki, Azərbaycan neftinin Kremençuq zavoduna nəqli ölkənin neft emalı kompleksinin Rusiyadan asılılığının azalmasına imkan yaradacaq. Həmçinin qeyd olunub ki, razılaşdırılan neft həcmi təkcə Zavodu neftlə təmin etməyəcək, eyni zamanda özəl emal zavodlarının gücünü artıracaq. Bu isə idxal yanacaqdan asılılığın azaldılmasına imkan yaradacaq.

“Ukrtransnafta”nın baş direktorunun birinci müavini Andrey Pasişnik bildirib ki, Azərbaycan neftinin ilk hissəsi yaxın 2 ay ərzində zavoda çatdırıla bilər. Onun sözlərinə görə, yaxın həftələrdə Nazirlər Kabinetindən müvafiq razılığın alınmasına ümid edilir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: