UEFA-nın yeni preizdenti Bakıya gəlir – Rövnəq Abdullayevin dəvəti ilə

UEFA-nın prezidenti Aleksander Çeferin və baş katib Teodor Teodoridis Bakıya gələcək.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Məlumata görə, səfər AVRO 2020-nin 4 oyununun ev sahibi şəhəri Bakının loqosunun təqdimat mərasimində iştirak məqsədilə gerçəkləşəcək.

Mərasim sentyabrın 30-da Bakı Olimpiya stadionunda keçiriləcək.

Xatırladaq ki, Aleksander Çeferin sentyabrın 14-də Yunanıstanın paytaxtı Afinada keçirilmiş növbədənkənar Konqresdə UEFA-nın prezidenti seçilib.

Onu da qeyd edək ki, UEFA rəsmilərini Azərbaycan paytaxtına AFFA-nın prezidenti Rövnəq Abdullayev dəvət edib.

Ziya Məmmədovun müşaviri həbsin astanasında – SABİQ NAZİRİN BAŞI DƏRDDƏ

Sonrakı Yazı »

Millimiz 1/4 finala doğru

%d bloqqer bunu bəyənir: