Now Reading:
UEFA: İstanbul teraktı qurbanları üçün 1 dəqiqəlik sükut olmayacaq
Full Article 40 second read

UEFA: İstanbul teraktı qurbanları üçün 1 dəqiqəlik sükut olmayacaq



Dünən İstanbulun Atatürk hava limanında törədilmiş terror aktına görə futbol üzrə Avropa çempionatının 1/4 final oyunlarından əvvəl 1 dəqiqəlik sükut olmayacaq.

Virtualaz.org «Associated Press» agentliyinə istinadən xəbər verir ki, bununla bağlı UEFA agentliyin sorğusuna qəribə bir cavab verib.

Avropa Futbol Federasiyaları Assosiasiyasının cavabında bildirilir ki, terror aktı birbaşa futbolla bağlı olarsa, yaxud yarışı təşkil edən ölkədə, və ya yarışda iştirak edən ölkələrdən birində törədilərsə, qaydalara uyğun olaraq, oyunlardan əvvəl qurbanların xatirəsinə 1 dəqiqəlik sükut olur.

Maraqlıdır ki, Türkiyə Avropa çempionatının iştirakçılarından biridir və qrup mərhələsində iştirak edib.

Virtualaz.org onu da xatırladadır ki, Parisdə törədilmiş terror aktından sonra UEFA öz bayrağı altında keçirilən oyunların hamısında 1 dəqiqəlik sükut və komandaların oyunlara qara sarğı ilə çıxması təlimatını vermişdi.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: