Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Uduzan İŞİD döyüşçülərinin yaratdığı yeni TƏHLÜKƏ

Son zamanlar ciddi məğlubiyyətlə üzləşən “İslam dövləti” (İŞİD) terror qruplaşmasının Qərb ölkələrindən olan döyüşçüləri  öz vətənlərinə geri qayıtmaq istəyirlər.

24saat.org  “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir ki, Türkiyədəki 6 ölkənin səfirliklərinin diplomatlarından alınan məlumatlarda bu barədə bildirilir.

 

Yayılan informasiyalara görə, həmin döyüşçülər İŞİD təbliğatına inanıb, lakin sonradan ümidsiz vəziyyətə düşənlərdir.

 

Fransanın xüsusi xidmət orqanlarının koordinatoru Didye Le Bren bildirib ki, İŞİD-in canlı qüvvəsi Rakka və Fəllucə şəhərlərini tərk etməyə başlayır.

 

“Bir çox fransız öz ölkəsinə qayıdır”,-deyə o qeyd edib.

 

Fransa da daxil olmaqla Qərb ölkələrinin təxminən 150 vətəndaşının geri qayıtmaq üçün öz ölkələrinin diplomatlarına müraciət edib.

 

İndi isə əsas məsələ həmin dövlətlərin xüsusi xidmət orqanlarının təhlükəsizlik tədbirlərini gücləndirmək prioritet hesab olunmalıdır.

 

“The Wall Street Journal” yazır ki, terror təhdidini hələ də istisna etmək olmaz.

 

5 iyunda “Al-Mayadin” telekanalı Suriya ordusunun İŞİD-in özünə “paytaxt” elan etdiyi Rakka şəhərinə daxil olduğu haqda məlumat yayıb.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Modi Obamayla görüşəcək

%d bloqqer bunu bəyənir: