Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
independent2-300x225

“Üçüncü Dünya Müharibəsi artıq gedir…”

“Üçüncü Dünya Müharibəsi artıq gedir…”, bunu “The İndependent”də dərc olunmuş məqaləsində tanınmış jurnalist Sean O’Grady yazır.

Jurnalistin fikrincə, “bu qənaət nə qədər axmaq səslənsə də”, bu hökmü vermək üçün kifayət qədər əsas var.

Doğrudur, bu müharibə Şimali Almaniya çöllərində supergüclərə aid tankların bir-birini qovması şəklində getmir, “amma yaxşı diqqət eləsək, görərik ki, dünya od içindədir” – yazır jurnalist.

Məqalədə deyilir ki, söhbət bütün o xırda münaqişələrin mutasiya edərək ən azı ABŞ, Çin və Rusiyanın iştirak etdiyi böyük müharibəyə çevrilib-çevrilməyəcəyindən gedir.

Sean O’Grady yazır ki, “biz hələ 1945-ci ildən bəri, 1962-ci ildə baş vermis Kuba raket böhranı kimi qorxulu vaxtlara çatmamışıq, amma heç şübhəsiz riskli, qeyri-sabit və qeyri-müəyyən zəmanədə yaşayırıq”.

“Dünyada təxminən 195 ölkə var, – yazır jurnalist, – Bunlardan yalnız 5-10 ölkə sözün əsl mənasında sülh içindədir”.

“Qlobal Sülh İndeksinə” görə yalnız İslandiya və onun ardınca Danimarka, Avstriya, Yeni Zelandiya, Portuqaliya, Çexiya, İsveçrə, Kanada, Yaponiya, Sloveniya və Finlandiya tam sülh şəraitində yaşayırlar.

Jurnalist yazır ki, dünya əhalisinin yalnlız kiçicik hissəsi bu ölkələrdə yaşayır. Münaqişələrdə yaşayan ölkələrin siyahısı daha uzundur.

İstidən isti soyuq müharibə
Məqalədə deyilir ki, münaqişələrin arasında Suriya, Əfqanıstan, İraq, Ukrayna, Boko Haram kimi məşhur olanları da var, Birma, Ermənistan və Azərbaycan münaqişələri kimi haqqında az bildiklərimiz də…

Müəllif yazır ki, bu münaqişələrin adları ən müxtəlifdir, lakin “sivilizasiyalar toqquşması” hələ baş verməyib. Hələ ki, dünyanın müxtəlif qrupları arasında xaotik, qarma-qarışıq xırda müharibələr gedir.

Məqalədə deyilir ki, dünyada çox sayda təmsili müharibələr var. Onları birbaşa “Qərb Şərqə qarşı” düsturu ilə adlandırmaq olmur. Amerika İran və Səudiyyə ilə dost münasibətlər istəyir.

“Lakin bəs Yəməndə bir-biri ilə toqquşan Tehran və Riyad arasında qalan ABŞ kimin tərəfindədir?” – deyə sual edir müəllif.

Məqalədə deyilir ki, hazırda söhbət bəlkə də Üçüncü Dünya Müharibəsindən yox, İkinci Soyuq mühariədən gedir, hərçənd bu soyuq müharibə isti müharibələrdən də istidir.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

40 günlük körpə satışa çıxarıldı – Foto

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: