Loading...
Loading...

Turqut Ər və Rəhim Qazıyev “TAM MƏXFİ SƏNƏD”ə etiraz edir

Saytımızda yayınladığımız “4 iyun qiyamı – Azərbaycanın taleyini dəyişən qara ləkə – I YAZI: Elçibəyi devirmək üçün məxfi sənəd” başlıqlı yazıdan sonra, yazıda kitabından istinad verdiyimiz Türkiyəli diplomat Turqur Ər və yazıda adı çəkilən sabiq müdafiə naziri Rəhim Qazıyev redaksiyamızla əlaqə saxlayaraq bir neçə məqama aydınlıq gətiriblər. 

Xatırladaq ki, hər iki şəxsin iradı TAM MƏXFİ SƏNƏD yarımbaşlığı altında yer almış hissəyə aiddir. Həmin hissədə yer alan iddianı təqdim edirik:

Tam məxfi sənəd
Milli Azadlıq Hərəkatıyla demokratiyaya addım atmış Azərbaycanı yenidən Rusiyaya bağlı hala gətirmək üçün Moskvadakı generallar da gərgin işləyirdilər. O zaman Rusiyanın müdafiə naziri Qraçovun rəhbərliyilə bir toplantı keçirilmiş, orada Elçibəy hakimiyyətini necə devirmək barədə plan hazırlanmışdı. Sizə təqdim edəcəyim bu çevriliş planı “tam məxfi” sənədlərdən sayılır və o sənəddə 3 rus generalı, Rəhim Qazıyev, Ayaz Mütəllibov, Surət Hüseynov, Qurban Xəlilov, Heydər Əliyev, Natiq Əliyev, Yaqub Məmmədov, Etibar Məmmədov kimi şəxslərin adı yer alıb. Eyni zamanda, YAP və AMIP də bu çevriliş planında yer alıb.

Sayın Turqut Ər kitabından gətirdiyimiz iqtibasın sənədin rus dilindən yanlış tərcümə olunması səbəbindən nəşrin ikinci nüsxəsində düzəldildiyini bildirib. Turqut bəy 24saat.org saytına bildirib ki, həmin toplantıda Etibar Məmmədov iştirak etməyib. Turqut Ər həmçinin qeyd edib ki, sözügedən sənəddə Qurban Xəlilovun da toplantıda iştirak edən şəxslər arasında adı olmayıb.

Etibar Məmmədovla bağlı anlaşmazlığa görə Turqut Ər 2012-ci il 27 Dekabr tarixində “Azadlıq”a təkzib verib. Təkzibin linki – Turqut Ərdən Etibar Məmmədovla bağlı izahat

Redaksiyamızla əlaqə saxlayan digər şəxs – sabiq müdafiə naziri cənab Rəhim Qazıyev isə Turqut Ərin kitabında yer alan “tam məxfi sənəd”in ümumiyyətlə yoxlanılmadığını, həmin sənədin həqiqəti əks etdirmədiyini bildirib. Rəhim bəy iddia edir ki, sənəddə göztərilən tarixdə o Azərbaycanda olub və həmin görüşdə qətiyyən iştirak etməyib. Rəhim bəy, həmçinin qeyd edib ki, məsələ ilə bağlı Turqut Ərlə skayp vasitəsiylə danışıb və məsələyə aydınlıq gətirib.

Rəhim Qazıyevin iddialarına da cavab verən Turqut Ər “Sayın Rəhim bəyin dediyi kimi sənədin həqiqiliyi yoxlamaq mənim işim deyil. Fakt budur ki, məndə olan rus dilli məxfi sənəddə Rəhim Qazıyevin adı var”.

24saat.org saytı olaq tərəflər arasında reallaşmış danışığın videogörüntülərini sizə təqdim edirik:

 

24saat.org
Loading...

Cahangir Hacıyevdən ictimaiyyətə sensasion müraciət

Sonrakı Yazı »

Xədicə İsmayılova: “Jurnalistlik fəaliyyətimi davam etdirəcəyəm”

%d bloqqer bunu bəyənir: