Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Türkmənlər məsələsində hər şeyi Türkiyənin üzərinə atmaq məsuliyyətdən qaçmaqdır”

Aqil Səmədbəyli: “Digər türk dövlətlərinin bu məsələdəki mövqeyi daha çox araşdırılmalıdır”
“Biz özümüz Suriya və İraq türkləri üçün nə etmişik?”

Türkiyənin Suriyaya hərbi müdaxiləsindən sonra bu ölkədəki türkmənlərin birmənalı şəkildə nicat tapacağı gözlənilsə də , bu gözləntilər hələ ki, özünü doğrultmuş deyil. Belə ki, Türkiyənin dəstəyinə baxmayaraq bu gün də Suriyadakı türkmənlər həm İŞİD və YPG, həm Suriya ordusu, həm də Rusiyanın hərbi təzyiqlərinə məruz qalmaqdadır.

Maraqlıdır, Türkiyənin Suriyaya hərbi müdaxiləsi türkmənlərin yaşamı və təhlükəsizliyi baxımından nə dərəcədə əhəmiyyətli oldu? Bu müdaxilə türkmənlərə konkret olaraq nə verdi?

Moderator.az-a açıqlama verən siyasi şərhçi Aqil Səmədbəyli Türkiyənin türk-islam dünyasında kifayət qədər aktiv rol oynadığını, müsəlman aləminə əlindən gəldiyi qədər dəstək verdiyini vurğuladı:

“Türkiyənin Suriyaya hərbi müdaxiləsi Siriyanın ərazi bütövlüyünü təmin etmək, suriyalıların və Türkiyənin təhlükəsizliyini təminat altına almaq məqsədi ilə edilib. Türkiyə hal-hazırda çox riskli bir dönəmdən keçir. Buna bir növ Türkiyənin müstəqillik savaşı da demək mümkündür. Məsələnin dərinliyini bilənlər işin ciddiliyinin fərqindədirlər. Təəssüf ki, hər şeyi çılpaqlığı ilə demək-yazmaq olmur.

Türkiyə Suriyada yaşayan türkmənlərə imklanı daxilində yardım edir. Türkiyə dünyanın bir çox bölgəsində yardıma möhtac müsəlmanlara yardım edir. Bu istiqamətdə Türkiyədən daha çox Azərbaycan və digər türk cümhuriyyətlərinin mövqeyi araşdırılmalıdır.

Suriya və İraqda yaşayan türklər Türkiyəyə nə qədər yaxındırsa, Azərbaycana və digər türk dövlətlərinə də ən az o qədər yaxındır. Bəs biz Suriya və İraq türkləri üçün nə etmişik? Onların təhlükəsizliyinin təmin edilməsi üçün hansı addımları atmışıq? Onlara nə qədər yardım etmişik? Burada hər şeyi Türkiyənin üzərinə atmaq məsuliyyətdən qaçmaqdan başqa bir şey deyil. Bizim Türkiyəyə indiki dönəmdə daha çox dəstək olmamız vacibdir, həm də bütün məsələlərdə!”

 

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

“Bütün cinayətlərin Akif Çovdarovun üzərində fokuslaşdırılması gülüncdür”

%d bloqqer bunu bəyənir: