Loading...
Loading...

Türkmənistan prezidenti İlham Əliyevə başsağlığı verdi

Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevə Şirvan şəhərində yerləşən, Müdafiə Sənayesi Nazirliyinin “Araz” zavodunda baş verən partlayışla əlaqədar başsağlığı verib.

APA xəbər verir ki, bu barədə Türkmənistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Türkmənistan dövlət başçısı özü, hökuməti və türkmən xalqı adından ölənlərin ailələrinə, yaxınlarına başsağlığı verib, yaralıların isə tezliklə şəfa tapmasını dilədiyi qeyd edilib.

Qeyd edək ki, hadisə zamanı zavodun iki əməkdaşı – Məmmədov Ağamir Allahyar oğlu və Nuriyeva İlhamə Əsgər qızı həyatını itirib, 24 nəfər xəsarət alıb.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası XİN-ə müraciət etdi: “ONLAR ÖLKƏMİZİ TƏHQİR EDİRLƏR”

%d bloqqer bunu bəyənir: