Now Reading:
Türkmənistanda prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qədər artırılacaq
Full Article 30 second read

Türkmənistanda prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qədər artırılacaq

Türkmənistan Ağsaqqallar Şurasının Yığıncağı sentyabrın 14-də Aşqabadda yeni konstitusiya qəbul edəcək.


 “RİA Novosti” xəbər verir ki, iclasın tarixi barədə sərəncam Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov tərəfindən imzalanıb.
Qeyd olunur ki, yeni konstitusiya layihəsinin qüvvədə olan cari sənəddən əsas fərqi prezidentin səlahiyyət müddəti ilə bağlıdır. Bu müddət 5 ildən 7 ilə qədər artırılacaq. Bundan əlavə, prezidentliyə seçilmək üçün yuxarı yaş həddi götürüləcək. Hazırda bu limit 70 yaş kimi müəyyən edilib.
Qeyd edək ki, daha əvvəl Q.Berdiməhəmmədov Türkmənistanın müasir siyasi və sosial-iqtisadi inkişafının reallıqlarına uyğun konstitusiya layihəsinin ərsəyə gətirilməsinin vacibliyini qeyd etmişdi.(Report)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: