Now Reading:
Türkmənistanda azərbaycanlı müğənni həbs edildi – narkotik ittihamı ilə
Full Article 50 second read

Türkmənistanda azərbaycanlı müğənni həbs edildi – narkotik ittihamı ilə



Tanınmış Türkmənistan müğənnisi Nazir Həbibov müntəzəm tiryək qəbul etdiyini etiraf edib.

Müğənni Türkmənistanda ən bahalı toy müğənnilərindən biridir.
Azadlıq Radiosu Tükmənistan xidmətindən aldğımız məlumata görə, Türkmənistanda doğulan Nazir Həbibov əslən azərbaycanlıdır.
Valideyinlərindən başqa həyat yoldaşı da azərbaycanlıdır.
RİA Novosti Türkmənistan televiziyasına istinadla verdiyi məlumata görə, müğənni kamera qarşısında müntəzəm narkotik qəbul etdiyini etiraf edib.
Mənbənin yazdığına görə, xəbərlər proqramında ölkəyə 35 kq tiryək keçirmək istəyən 3 qrupdan söhbət gedirmiş.
Onlar efir qarşısında bir daha bu işlə məşğul olmayacaqlarını vəd ediblər.
Sonuncü süjetdə isə əli qandallı məşhur müğənni Nazir Həbibov peyda olub.
“Gözəl yaşadığım halda hərəkətimlə valideyinlərimi, ailəmi və 4 uşağımı rüsvay elədim. Söz verirəm ki, bir də belə şey etməyəcəm. Məni bağışlayın”,deyə o bildirib.
Türkmənistanda narkotik ittihamına görə cəza çox sərtdir.
Xüsusilə də narkotik dillerlərini uzunmüddətli həbs gözləyir, özü də amnistiyaya düşməmək şərti ilə.
Bu qanun ölkədə 2015-ci ildən qəbul edilib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: