Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Türkiyənin yeni Baş naziri Ziya Məmmədovun dostudur

Qardaş Türkiyədə gedən proseslər təkcə ölkə daxilinə deyil, xaricə də sıçrayıb. Hazırda bütün dünya Türkiyənin mayın 22-də edəcək seçimdən danışır.

Hakim Ədalət və İnkişaf Partiyasının bazar günü keçiriləcək qurultayında ölkənin ikinci şəxsi və partiyanın sədri seçiləcək. Artıq bu şəxsin kim olacağı müəyyənləşib.

AKP-nin 3-cü sədri və Türkiyənin 65-ci hökumət kabinetinin rəhbəri rabitə və nəqliyyat naziri Binəli Yıldırım olacaq. Əslinə qalsa, bu ad yeni deyil. Bir il öncə AKP sədrliyinin bir addımlığından geri dönən Yıldırımın Əhməd Davudoğlunun gedişinin ardından bu posta gələcəyi gözlənilən idi. Bu, birbaşa prezident Rəcəb Tayyib Ərdoğanın seçimidir. Türkiyə tarixində ən uzunömürlü-11 il rabitə və nəqliyyat naziri olan Binəli Yıldırımın həyat tarixçəsinə qısa nəzər salaq.

B.Yıldırım 1955-ci ildə Ərzincan vilayətinin Refahiyə rayonunda dünyaya gəlib. İstanbul Texnik Universitetində Gəmi İnşaatı və dənizçilik fakültəsində oxuyub, daha sonra eyni bölümdə magistr təhsili alıb. Dünya Dənizçilik Universitetində ixtisas təhsili də keçib. Gəmi tərsanəsində mühəndis olaraq çalışıb. Daha sonra İstanbul Bələdiyyəsində dəniz sərnişin nəqliyyatı idarəsinə rəhbərlik edib, dəniz nəqliyyatını inkişaf etdirib. Onun işlədiyi dövrdə İstanbulda 29 liman-terminal açılıb. Bu dövrdə hazırkı prezidentlə dostluğunun yarandığı bildirilir.

AKP-nin quruluşunda iştirak edib və partiyanın ilk seçkilərdə namizəd siyahısında olub, İstanbuldan deputat seçilib. Eyni zamanda 58-ci hökumətdə (baş nazir Abdullah Gül) nəqliyyat naziri vəzifəsini tutub. Daha sonra 2007-ci ildə Ərzincan, 2011-ci ildə İzmirdən deputat seçilib. 2014-cü il bələdiyyə seçkilərində İzmir şəhər bələdiyyəsi sədrliyinə namizəd olsa da, seçilə bilməyib. Bundan sonra nazir postuna geri dönməsə də, Ərdoğan ona olan inamını müşaviri təyin etməklə göstərib. Son seçkilərdən sonra isə, Yıldırım əvvəlki işinə, yəni nazir vəzifəsinə qayıdıb.

Heç şübhəsiz ki, Türkiyədə cərəyan edən proseslər ölkəmizdə də maraqla izlənilir.

Bu baxımdan Yıldırım seçimi Azərbaycanda da rəğbət doğurub. Çünki indiki şəraitdə Yıldırımdan ideal namizəd ola bilməzdi. AKP sədri seçilməsinə baxmayaraq, qələbəsi əlindən alınan Yıldırımın partiyadan getməməsi indiki baxış acısından onun keçmişə bir mesajıdır.

Hazırda Türkiyə idarəçiliyində baş nazirin rolunu sıfıra endirib, prezidentliyi önə çəkən Ərdoğana da Yıldırım kimi siyasətlə dərindən maraqlanmayan, prezidentin səlahiyyətlərini artırmağın, konstitusiyada dəyişiklik edilməsinin tərəfdarı olan bir şəxs lazım idi. Çünki baş nazirin rolu qardaş ölkədə davam etdiyi sürəcdə prezident üsul-idarəyə keçilməsinin mümkünsüz olduğu göz önündədir. Hazırkı nazir vəzifəsinə diqqət yetirsək, Yıldırımın baş nazirliyi dönəmində siyasi təşəbbüslərin prezidentin əlində cəmləşəcəyi indidən görünür. Əslində qalsa, Yıldırım seçimi Türkiyəni prezident üsul-idarəyə daha da yaxınlaşdırdı…

B.Yıldırımın zaman-zaman Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovla dost olması barədə mətbuatda xəbərlər gedib. Yaxın əlaqələrin hər iki şəxsin nazir olduqları dönəmlərdə daha da möhkəmləndiyi deyilir.

Bu baxımdan Yıldırımın baş nazirliyinin ölkəmiz üçün də önəmli olduğunu indidən ehtimal etmək olar. Əslinə qalsa, Türkiyə idarəçiliyində sürətlə gedən dəyişiklər, baş nazirin rolunun sıfıra endirilməsi, eyni zamanda, qardaş ölkə olduğunu nəzərə alsaq, ölkənin ikinci şəxsinin kim olması Azərbaycan üçün elə də böyük əhəmiyyət daşımır.(Musavat.com)

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Cavid Qurbanovla Binəli Yıldırım görüşünün ZİYA MƏMMƏDOV GİZLİNİ

%d bloqqer bunu bəyənir: