Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Türkiyənin Suriyada tankları vuruldu — 3 ölü, 1 yaralı

Türkiyə Silahlı Qüvvələrinin Suriyada apardığı “Fırat qalxanı” əməliyyatının 17-ci günü də Türkiyə üçün itkisiz bitməyib.

IŞİD terror təşkilatı Suriyanın Rai bölgəsinin Tell Əl Hava kəndinin yaxınlığında Türkiyəyə məxsus tanklara raket atıb. Hadisə nəticəsində 3 əsgər şəhid olub, 1 əsgər yaralanıb. Bu barədə Türkiyə Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, Türkiyə “Firat qalxanı” adlı əməliyyata avqustun 24-də start verib. Türkiyə ordusunun Suriyada həyata keçirdiyi “Firat qalxanı” əməliyyatı çərçivəsində dəstəklədiyi müxalif Azad Suriya Ordusu 10-dan çox kəndi terrorçulardan azad edib.

Türkiyə ordusu əməliyyatın başladığı gündən bugünə qədər 7 şəhid verib. (qafqazinfo)

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Tanınmış aktyor anasını doğradı – FOTO

%d bloqqer bunu bəyənir: