Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Türkiyənin Suriya əməliyyatı Ermənistanı qorxuya salıb

Türkiyə ordusu Vaşinqton və Moskvanın da “səssiz razılığı” ilə Suriyanın Cerablus bölgəsində hərbi əməliyyatları uğurla davam etdirir. Qardaş ölkə bu əməliyyatla ölkə üçün ciddi təhdidə çevrilən İŞİD bəlasını yox etməyi və Türkiyənin ərazi bütövlüyü üçün təhlükə yaradan kürd terror qruplaşmalarını məhv etməyi planlaşdırır.

Lakin Türkiyənin Suriya həmləsi ən çox Ermənistanı qorxutmağa başlayıb. Düşmən ölkədə  Suriya mövzusunda Moskva və Ankara arasında əldə olunan konsensusun Qarabağ münaqişəsinə də sirayət edəcəyi barədə informasiyalar, ekspert rəyləri, analitik yazılar havada uçur.
Ermənistan mətbuatına danışan ekspertlər ötən əsrin 20-ci illərində sovet Rusiyası və Atatürk Türkiyəsi arasında anlaşmaları xatırladırlar.
Qeyd edək ki, ermənilər hələ də həyasızcasına Rusiyanın “qədim Ermənistan torpaqlarını” Qars və Moskva müqavilələri ilə Ankaraya və Azərbaycana güzəşt etdiyini bildirirlər.
Ermənistanın tanınmış politoloqlarından Ayk Martirosyan Türkiyənin Rusiyanın icazəsi ilə olmadan Suriyaya girdiyini bildirib. “Aydın məsələdir ki, bu məsələdə Türkiyə və Rusiya müəyyən razılığa gəlib. Rusiya 3 kürd kantonun birləşməsinə imkan vermək istəməyən və buna qarşı hərəkətə keçən Türkiyənin fəaliyyətinə göz yumub. Moskva kürdləri satıb və öz mövqeyindən geri çəkilib. Halbuki cəmi bir neçə ay bundan əvvəl Rusiya prezidenti kürdlərə muxtariyyət verilməsinin tərəfdarı olduğunu bildirirdi. Düşünürəm ki, bu Ermənistan üçün də maraqlı nümunə ola bilər”.
Image result for Ayk Martirosyan
Erməni politoloq Rusiyanın kürdləri satdığı kimi Ermənistanı da bir gün öz maraqlarına qurban edəcəyinə işarə vurub. “Biz Dağlıq Qarabağın mifik beynəlxalq tanınması uğrunda mübarizə aparırıq və ancaq bunun üzərində dayanırıq. Lakin fikirləşsək ki, tanınma və ya statusun verilməsi Qarabağ problemini və təhlükəsizliyimizi həll edəcək, yanılmış olarıq….” deyə, politoloq qeyd edib.
Digər erməni saytı “armenianreport” da “Emərnistan üçün Suriya dərsi” adlı məqalədə Türkiyənin Suriya müdaxiləsinin Ermənistan üçün açdığı perspektivlərdən yazıb.  “Türklər Rusiyanı fakt qarşısında qoydu və Rusiyanın buna etiraz etməyə cürəti çatmadı. Yəqin ki, Kreml Əsədi də elə bu cür satıb. Əminik ki, Serj Sərkisyan indi olub bitənləri böyük qayğı ilə izləməklə məşğuldur. Lakin deyəsən, hələ o, bundan nəticə (şəkilli)  götürməyib. Məsələ burasındadır ki, sabah Qarabağın (?) (işğal olunmuş Azərbaycan ərazilərinin-red.) və hətta Ermənistanın ərazi bütövlüyünə heç kim təminat vermir. Türkiyənin rolu böyükdür. ABŞ onu hər mənada dəstəkləyir. Rusiya isə yalnız artıq baş verənlə razılaşmaq hüququna malik olub, statist rolunu oynayır. Azərbaycan isə aprel döyüşündən sonra silahını başımızın üstündə hərləməkdə davam edir…”
Image result for Qarabağ
Ermənistan politoloqu Gevrorq  Melikyan Türkiyənin Suriyaya müdaxiləsi ilə bağlı 1in.am saytına müsahibə verib. Melikyanın sözlərinə görə, Türkiyənin hərbi əməliyyatları ilə bağlı həm ABŞ, həm Rusiya, həm də İranın səssiz və ümumi razılğı mövcuddur. “İndi ağla qaranı bir-birindən ayırmaq çətindi. Dünənin düşmənləri bir anlığa əməkdşlıq edə də bilirlər”. Melikyanın fikrincə, regional gərginlik Cənubi Qafqaza da sirayət edə biləcək təhlükəli situasiyalar doğura bilər: “Ermənistan bu məsələdə öz bitərəfliyini qoruyub saxlayır. Rusiyanın Ermənistana bu və ya digər tərəfi qınayan açıqlamalar verməsi yönündə təzyiq göstərməməsi yaxşı əlamətdir”.
Melikyanın fikrincə, Türkiyənin ABŞ və ya Rusiyanı məmnun etməkdən ötrü deyil, situasiyadan yararlanmaq üçün çalışır: “Siyasət hər dəqiqəbaşı inkişaf edən bir nəsnədir. Hər dəqiqə boşalan yerə bayraq sancmağa hazır olmaq lazımdır” deyə politoloq xalis erməni xisləti ilə müsahibəsini  bu sözlərlə yekunlaşdırıb.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Günü sabah başlaya biləcək 10 dəhşətli – Müharibə

%d bloqqer bunu bəyənir: