Loading...
Loading...

Türkiyənin siyasi partiyaları Bundestaqın qətnaməsini pislədi – HDP İSTİSNA OLMAQLA

Türkiyənin iqtidardakı Ədalət və İnkişaf Partiyası, parlamentdə təmsil olunan müxalif Xalq Cümhuriyyət Partiyası və Milliyyətçi Hərəkat Partiyası Almaniya Bundestaqının “erməni soyqırımı”nı tanıması ilə bağlı qətnaməsini pisləyən birgə bəyanat yayıblar.

Virtualaz.org “Haber 7” qəzetinə istinadən bildirir ki, birgə bəyanatda deyilir ki, onlar Türkiyə xalqının nümayəndələri olaraq, Almaniya parlamentinin ermənilərin Osmanlı dövlətində 1915-ci ildə baş vermiş köçürülmə prosesi barədə əsassız iddialarına əsaslanan ədalətsiz qərarını qəbul etmir və qəti pisləyirlər: “Bu qətnamə nə hüquqi, nə də tarixi baxımdan əsaslandırılmayıb”.

Qəzet onu da bildirir ki, kürdyönümlü Xalqların Demokratiyası Partiyası (HDP) üç partiya tərəfindən qəbul olunan bəyanatı imzalamaqdan imtina edib.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Sarkisyan Merkelə belə təşəkkür etdi – Berlinə teleqram

Loading...
%d bloqqer bunu bəyənir: