Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Türkiyənin Memorial xəstəxanasında Vaqif Bayatlı ilə bağlı belə qərar verildi

Dünən bəzi KİV-lər Türkiyəyə müayinəyə aparılan Azərbaycanın tanınmış şairi Vaqif Bayatlının ürək və beyin əməliyyatı olunacağı barədə xəbər yayıblar.

Lakin şairin ailəsi bu informasiyanı təkzib edib.

Vaqif Bayatlının həyat yoldaşı Tamam xanımın bildirdiyinə görə, Türkiyənin Memorial xəstəxanasında şairlə bağlı başqa qərar verilib.

Yeri gəlmişkən, Vaqif Bayatlı Memorial xəstəxanasına Azərbaycandan professor Adil Qeybullanın müşayəti ilə aparılıb.

“Dünən ordakı kordioloq və beyin cərrahları Adil Qeybulla da daxil olmaqla konsilium keçiriblər. Qərara alınıb ki, şair əməliyyat olunmasın. Vaqif müəllim  Azərbaycanda hələ tətbiq olunmayan bir üsulla bir həftə müalicə aldıqdan sonra həftəsonu Bakıya qayıdacaq”,-deyə Tamam Bayatlı bildirib.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Putin İlham Əliyevin evində -Foto

%d bloqqer bunu bəyənir: