Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Türkiyənin Bakıdakı keçmiş hərbi attaşesi FETÖ-çu kimi həbs olundu

Türkiyənin Bakıdakı səfirliyinin keçmiş hərbi attaşesi, korpus generalı  Hasan Nevzat Taşdeler 15 iyul baş tutmamış hərbi çevriliş cəhdinə görə həbs edilənlərdən biridir.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İstanbul prokurorluğunun irəli sürdüyü ittihama əsasən general Taşdeler FETÖ-çudur, hərbi çevriliş cəhdində əli var. Onun barəsində növbətçi məhkəmədə həbs qətimkan tədbiri seçilib.

General Taşdeler bir müddət 3-cü zirehli briqadanın komandiri olub. 2015-ci ildə korpus generalı rütbəsini alıb. Bakıdakı hərbi attaşesi vəzifəsini 2015-ci ilin avqustunda başa vurub. Bundan sonra Hərbi Akademiyalar Komandanlığının qərargah rəisi vəzifəsinə təyin edilib.

Hasan Taşdələr “Ergenekon” əməliyyatı zamanı həbs edilən ordu generalı Nüsret Taşdelerin kiçik qardaşıdır. Nüsret Taşdeler Egey ordusu komandanı və Quru Qüvvələrinin Tədris və Doktrin komandanlığının rəhbəri olub. Ömürlük həbs cəzası alıb, 2014-cü ilin mayında “Ergenekon” işinin qurama olmasının etiraf edilməsindən sonra həbsdən buraxılıb.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Rusiyada rəsmən 1 milyona yaxın işsiz var

%d bloqqer bunu bəyənir: