Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
img2261146

“Türkiyənin Aİ ilə əlaqələrini soyutmasını və ya dayandırmasını tələb etməyəcəyik”

”Rusiya Türkiyənin Avropa İttifaqı (Aİ) ilə əlaqələrini soyutmasını və ya dayandırmasını rəsmi Ankaradan heç bir halda tələb etməyəcəyik”.

“Report” “Haber7″yə istinadən xəbər verir ki, bunu Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov iki ölkə arasında münasibətləri dəyərləndirərkən deyib.

“Həm Çin, həm də Qazaxıstan Türkiyəni Şanxay Əməkdaşlıq Təşkilatına üzv görmək istədiklərini bildirib. Məsələnin həlli tamamilə Ankaranın qərarından asılıdır. Şanxay Əməkdaşlıq Təşkilatına üzv olduğu müddətdə biz, Rusiya olaraq, Türkiyədən Avropa İttifaqı ilə münasibətlərini soyutmasını və ya dayandırmasını tələb etməyəcəyik” – səfir vurğulayıb.

Xatırladaq ki, Türkiyənin Baş naziri Binəli Yıldırım dekabrın 5-6-da Rusiyaya səfərə gedəcək. Dekabrın 1-də isə Rusiyanın xairic işlər naziri Sergey Lavrov Türkiyəyə gələcək.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

“Fərat qalxanı”nda 100 gün: 18 türk hərbçi ölüb

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: