Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Türkiyəli millət vəkili FETÖ məsələsinə görə Azərbaycana gəlib

Səid Yücen: “Türkiyədən sonra ən çox təşkilatlandıqları ölkə Azərbaycandır”

Bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla birgə Azərbaycana səfər edən bu ölkənin Böyük Millət Məclisinin üzvü Səid Yücən yenidən ölkəmizdədir. Onun səfəri FETÖ məsələsi ilə bağlıdır. Səid Yücen APA-ya müsahibəsində bildirib ki, Azərbaycan və Türkiyənin sözün bütün mənalarında yan-yana olması lazımdır, qardaşlıq, dostluq münasibətlərini hər zaman qorumalıyıq: “Belə olarsa, bütün düşmənlərimizə qarşı uğurla mübarizə apara bilərik. Əslində səfərə gəlməkdə məqsədim həm də bu fikirlərimi Azərbaycandakı qardaşlarımla bölüşmək istəyidir. FETÖ-nün əsl üzünü  köhnə qəzetçi, indiki millət vəkili olaraq hər zaman göstərmişəm. Keçmişdə insanlar bu mövzuya o qədər də maraq göstərmirdilər, amma bu təşkilatın əsl üzünü dekabr-iyul aylarında görəndən sonra bizim dediklərimiz daha qiymətli oldu. İnsanlar gördü ki, din və təhsil adı altında gizlənən insanlar bunu pərdə və kamuflyaj kimi istifadə edib”.

FETÖ-çular barədə danışan Səid Yücən bildirib ki, onların heç vaxt kasıb insanlarla işi olmayıb: “Mövqe sahibləri, pullu insanlar və zəkalı uşaqlarla maraqlanıblar. Əgər sən Allah rizası üçün iş görürsənsə, ilk növbədə imkansız insanları nəzərə almalısan. Onlar evliliyi belə strateji məqsəd üçün istifadə ediblər. Gənc, savadlı, yaraşıqlı uşaqları Avropada oxutdurub sonra onları imkanlı, vəzifəli ailələrin qızları ilə evləndiriblər. Belə olanda həmin ailələri daxildən təsir altına alırlar. FETÖ-çülər İngiltərədə ateistlərin toplantısına gediblər. Orda Allahdan, peyğəmbərlərdən yox, tamam başqa məsələlərdən bəhs ediblər”.

Səid Yücən Azərbaycanda da FETÖ təhlükənin olduğunu deyib: ”Ciddi mənada problem yaradacaqlarını ehtimal etməsəm də, belə bir təhlükənin olduğunu deyə bilərəm. Çünki Türkiyədən sonra ən çox təşkilatlandıqları ölkə Azərbaycandır. Azərbaycan kəşfiyyatının onların sızdığı qurumlara, yerlərə diqqət ayırmasında fayda var. Sadəcə, tədbirlərdə iştirak, uşağını onların məktəbində oxutmaq bir şey deyil. Lakin belə insanlar vəzifədədirlərsə, onların azad edilməsində fayda var. Çünki onların ən böyük özəllikləri özlərini gizlətmələridir. Düzdür, Türkiyədə ayaqları kəsilibsə, burda bir şey edə bilməzlər. Eyni zamanda mən Azərbaycan rəsmiləri ilə, xüsusilə prezidentin köməkçisi Əli Həsənovla görüşdə onlara qarşı lazımlı mübarizə aparması ilə bağlı məlumat aldım. Azərbaycan bu istiqamətdə çox qətiyyətli addımlar atıb və davam edir. Hər halda, diqqətli, tədbirli olmaq lazımdır”.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Yanacaqdoldurma məntəqələrində çənə əlavə qatqılar vurulur – VİDEO

%d bloqqer bunu bəyənir: