Loading...
Loading...

Türkiyəli futbolçudan şok paylaşım: PKK-ya dəstək oldu!

Türkiyə 2-ci liqasında mübarizə aparan “Amedspor” klubunun futbolçusu Abdullah Çətin qalmaqallı paylaşımla yadda qalıb. ANS PRESS-in məlumatına görə, Çətin “İnstagram” hesabında PKK terror təşkilatının istifadə etdiyi kalaşnikovla şəklini paylaşıb.

Çətin Türkiyə ordusunun Liçe əyalətində PKK-ya qarşı aparılan əməliyyatlarda terrorçulara dəstəyini bildirən yazı da paylaşıb:

“Liçe bizim üçün səsini çıxarmaz. Liçe yatanı oyandırmağa çalışmaz. Çünki heç birinə ehtiyacı yoxdur. Liçe acılarla güc qazanar və yenilməz. Kimsəyə dəxli yoxdur”. Bu paylaşımlardan sonra etirazlarla qarşılanan futbolçu onu silməyə məcbur olub.

Abdullah Çətin

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Yüksək rütbəli hərbçiləri daşıyan helikopter qəzaya uğradı

Loading...
%d bloqqer bunu bəyənir: