Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Türkiyədən Rusiyaya şillə kimi cavab

Rusiya rəsmilərinin son dönəmlərdəki açıqlamaları ciddilikdən uzaq və təbliğat xarakterli fəaliyyətləri ilə əlaqədardır.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgic rusiyalı həmkarı Mariya Zaxarovanın açıqlamasına münasibət bildirərkən deyib.

“Türkiyəyə Osmanlı İmperiyasının sonunu xatırladanlar keçmişlərinə nəzər salmalıdırlar. SSRİ-də dünyaya göz açmış şəxslər bu gün Rusiyanın vətəndaşlarıdır. Dolayısıyla, XX əsrdə 3 fərqli dövlət quruluşu yaşamış ölkənin vətəndaşının başqa dövlətlərin süqutu ilə bağlı müxtəlif məsləhətlər verməsi xeyli qəribədir. Türkiyə Cümhuriyyəti 1923-dən bu günə qədər sülh və dostluq siyasəti yürütməkdə davam edir. Müasir günümüzdə belə, qonşularına qarşı aqressiv siyasət yeridənlərin bu cür açıqlamalar verməsini bizim üçün heç bir əhəmiyyət kəsb etmir”, – Bilgic vurğulayıb.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın bir müddət əvvəl Türkiyənin xarici siyasəti ilə bağlı səsləndirdiyi fikirləri təqdim edirik:

“Türkiyə hakimiyyəti Osmanlı İmperiyasını bərpa etməyə cəhd edir. Lakin bu imperiyanın sonunun necə olduğunu hər birimiz bilirik. Rəsmi Moskva Türkiyənin siyasətinə uzun müddət səbr edir”.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Sərhəddə qarşıdurma: 10 İran əsgəri öldü

%d bloqqer bunu bəyənir: