Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Türkiyədən rəsmi açıqlama: “PYD ilə barışıq razılaşması yalandır”

Türkiyə prezidentinin sözcüsü İbrahim Kalın “Frat Qalxanı” əməliyyatında Türkiyənin PYD ilə barışıq razılaşması əldə etməsi iddialarını yalanlayıb. Kalın, əməliyyatlarda Türkiyənin Suriya Demokratik Qüvvələrini və PYD-ni hədəf almasını tənqid edən ABŞ-ı da qınayıb.

 

Prezident sözcüsü hazırlanan mətbuat konfransında PYD-ilə barışıq iddialarının yalan olduğunu, PYD-nin PKK-nın Suriya qolu olduğunu bildirib. O deyib: “PYD PKK-nın Suriya qolu olan terror təşkilatıdır. Türkiyə Cümhuriyyəti bu təşkilatla və onun hər hansısa qolu ilə hansısa münasibət və anlaşma qura bilməz”.

 

Türkiyənin İŞİD-lə mübarizədə beynəlxalq kualisiya ilə birgə hərəkət etdiyini xatırladan Kalın, ABŞ-lı rəsmilərin vaxtaşırı Türkiyə ilə terror təşkilatlarını eyni sıraya qoyan açıqlamalar etdiyini və Türkiyəni bunları qəbul etmədiyini bildirib.

 

ABŞ-ın xarici işlər sözcüsü Con Kirbi Türkiyənin etdiyi əməliyyatlarda Suriya Demokratik Qüvvələri ilə qarşı-qarşıya gəlməsini İŞİD ilə mübarizədə faydalı olmayacağını demişdi.

 

“Suriya Demokratik Qüvvələri ilə Türkiyə ordusu və ya Türkiyənin dəstəklədiyi qüvvələr arasındakı toqquşmaların İŞİD ilə mübarizədə effektli olmayacağını düşünürük”.  – deyə Kirbi bildirmişdi.

Cumhuriyyet.az

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Nazir: “Türkiyə və Rusiya bunu istəmirdi”

%d bloqqer bunu bəyənir: