Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Türkiyədəki proseslər TSQ-nın nüfuzuna ciddi zərbə vurdu”

Üzeyir Cəfərov: “Bu gün çoxu TSQ-ya daş atmağı özünə borc bilir”

 

Türkiyədə hərbi çevriliş cəhdindən sonra aralarında onlarla generalın, polkovnikin olduğu minlərlə hərbçinin həbs edilməsi türk cəmiyyətində olduğu kimi, Azərbaycanda da narahatlıqla qarşılanmaqdadır.

Maraqlıdır, Türkiyədə baş verən son proseslər türk ordusunun güc və nüfuzunu zəiflədəcəkmi? Generalları kütləvi şəkildə həbs edilən ordunun PKK və İŞİD-ə qarşı uğurlu əməliyyatlar aparması mümkündürmü?

Məsələ ilə bağlıModerator.az-a açıqlama verən “Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov baş verənlərin türk ordusunun nüfuzuna ciddi zərbə vurduğuna diqqət çəkdi:

“15 iyul hadisələri sözsüz ki, Türkiyə Cumhuriyyətinin tarixində ən dramatik, ən üzücü hadisə kimi qalacaqdır. Miqyasına görə hələ belə ağır fəsadlara yol açan hadisəni mən xatırlamıram. Yüzlərlə ölən və ondan qat-qat çox yaralı, sayı 6 mini ötən Silahlı Qüvvələr mənsublarının həbsi və digər şok effekti yarada bilən faktlar. Türkiyə Böyük Millət Məclisinin inzibati binasının 7 ədəd raket atəşi ilə vurulması, bəzi mülki və hərbi obyektlərin bombardman edilməsi, dəyəri milyonlarla ölçülən maddi və mənəvi zərərin yetirilməsi…

Baş verənlər arasında mənə ən pis təsir edəni qüdrətli Türkiyə Silahlı Qüvvələrinin (TSQ)  şərəfli imicinə dəyən ağır, mən deyərdim sarsıdıcı zərbə oldu. Uzun bir zaman lazım gələcək ki, qardaş ordunun müsbət imicini, döyüşkən ruhunu reablitasiya etmək mümkün olsun. Amma belə gedişlə, mən şəxsən çox narahatam ki, proseslər ən yüksək səviyyədə Türkiyə SQ-nin imicinə zərər yetirilir. Bu qətiyyən yolverilməzdir ki, hərbçilərə qarşı bir növ təhqiramız münasibətin sərgiləndiyinin şahidi oluruq. Bu isə, vəziyyəti düzəltmək əvəzinə, sabah daha ağır və həlli mürəkkəb problem və proseslərin meydana çıxmasına şərait yarada bilər.

Həm Türkiyə prezidentinin özünə və digər siyasi və hərbi rəhbər şəxslərə son dərəcə diqqətli olmaq gərəkdir.  Türkiyə Cumhuriyyətinin zəifləməsini istəyən qüvvələr bu mənzərədən zövq alırlar. Yetən yetir, yetməyən də Silahlı Qüvvələrə bir daş atmağı özünə borc bilir. Tanrı tez bir zamanda qardaş dövlətimizdə vəziyyətin sabitləşməsində və ordunun nufuzunun bərpa olunmasında yardımçı olsun”.

 

Seymur Əliyev

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

700 bal toplayan qardaşlar bu ali məktəbi seçəcəklər – AÇIQLAMA

%d bloqqer bunu bəyənir: