Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Türkiyədə yaşanan olaylarda şok yeniləklər – MƏXVİ SƏNƏD VƏ ÇEVRİLİŞİN PƏRDƏARXASI…

24saat.org saytı “Yeni Şafak”a istinadən bildirir ki, bir qrup xuntaçı hərbçinin Baş qərərgahı ələ keçirməsindən sonra ştabın özəl mesaj sistemindən istifadə edərək tərəfdarlarına gücləndirilmiş rejimdə işləmək əmri verilib.

BUNA DA BAXIN: TRT binasını ələ keçirən “YURTTA SULH” adlı qrup diktora bunları oxutdurdu – VİDEO

“Ani Hərəkat” çərçivəsində həyata keçirilən çevriliş təlimatı 15 İyul tarixində saat 15:22-də 3 səhifə olmaqla 20 maddə ilə bütün tərəfdarlara göndərilib. Türk Silahlı Qüvvələrinin özəl mesaj sistemindən göndərilən həmin “sənəd”in altında “Yurtta Sülh Birliyi”nin lideri Tuğgeneral (polkovnik və general-mayor rütbələri arasında hərbi rütbə) Mehmet Partikoç və polkovnik Cemil Turhanın imzası olub.
3 səhifə 20 maddəlik mətndə Hərbi Vəziyyət Komandanlıqları, hərbi vəziyyət zamanı məhkəmələrdə iş başına gətiriləcək personalın siyahısı, Ankara və İstanbulun təxliyə planı və başqa məqamlar əksini tapıb.
Türkiyə vaxtı ilə gecə saat 03:00-da ölkə rəhbərliyinin tamamının nəzərat altına alınacağı bildirilən təlimatda küçəyə çıxma qadağasının Türkiyə vaxtı ilə 06:00-da tətbiq ediləcəyi göstərilib. Həmin “sənəddə” Çevrilişin məqsədi isə ”Beynəlxalq təşkilatlar və toplumlarla qlobal sülh, əminamanlığın təminatı üçün daha güclü əlaqə və işbirliyi qurmaq” olaraq qeyd olunub.

darbe_plani

ƏN INCƏ DETTALLAR BELƏ NƏZƏRƏ ALINIB
İl rəhbərliyinin (İL – rayon və ya inzibati ərazi vahidinə daxil olan bütün yaşayış məntəqələrinin hamısını birləşdirən regional ərazi vahidi – rəhbəri vali və ya bələdiyyə sədri olur ) Hərbi Vəziyyət Komandanlıqlarına veriləcəyinin planlaşdırıldığı bildirilən təlimatin əsas müddəaları bunlar olub:
“Bütün polis təşkilatı Hərbi Vəziyyət komandirlərinin əmrinə verilmişdir. Vəzifəsini yerinə yetirməkdən yayınan və ya qüsuru aşkarlananlar barəsində ədli və idari tədbirlər hərbi vəziyyət səlahiyyətliləri tərəfindən tətbiq olunacaq. Sabitlik və əminamanlığın təmin edilməsi məqsədi ilə hərbi vəziyyət komandanlığı, bələdiyyələr, əmniyyət idarələri sıx işbirliyi çərşivəsində koordinasiyalı çalışacaqlar. “Yurdda Sülh Konseyi” tərəfindən tətbiqi tələb ediləcək bütün təlimat və bildirişlər Baş Qərərgahın rəsmi internet saytında yerləşdirilərək təbliğ ediləcək. ”
Çevriliş cəhdinin “Ani Hərəkat Planı” çərçivəsində həyata keçirildiyi anlaşılır. Əgər çevriliş uğurlu nəticələnmiş olsaydı, Türkiyədə milli iradənin yanında olan minlərlə şəxs tribunallarda mühakimə olunaraq həbs olunacaqdı.

Türkiyə Böyük Millət Məclisinin vurulma anı – VİDEO 

MƏHKƏMƏLƏR HAZIR İDİ
Istanbul, İzmir, Ankara, Diyarbəkir, Van, Şırnak, Eskişehir, Qaziantep kimi şəhərlərdə görəv alacaq hərbi hakimlər belə hazırlanmışdı. Hələ tam püxtələşməmiş, təcrübə keçmə mərhələsində olan 18 nəfər hərbi hakim kimi vəzifə başına gətiriləcək, birçox şəhərlərdə tribunalların qurulacağı planlaşdırılmışdı.
İstanbul, İzmir, Ankara, Diyarbakır, Van, Şırnak, Eskişehir, Gaziantep gibi şehirlerde görev yapacak askeri hakimler bile hazırdı. 18 r askeri hakim bu talimata göre asil hakim olarak mahkemelerde görevlendirilmişti. Çok sayıda şehirde birden çok sıkıyönetim mahkemesi kurulması kararı alınmıştı.

ÇEVRİLİŞ 6 QƏRƏRGAHDAN İDARƏ OLANACAQDI…
“Yurdda Sülh Birliyi”nin hər ordu komandınlığına bir inqilab qərərgahı qurulduğu və komandir təyin edildiyi ortaya çıxıb.

24saat.org

24saat.org
Loading...

Kərəm Həsənovun zavodunda üsyan: dayısı və qardaşı işçilərə pul vermir – Özəl

Sonrakı Yazı »

GÜNÜN ŞEİRİ – Bir Kaç Kışi Boğazını Kesecek

%d bloqqer bunu bəyənir: