Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
tecavuz2

Türkiyədə uşaqlara təcavüz edənlər həbsdən xilas ola biləcəklər – Yeni qanun

Türkiyə Böyük Millət Məclisində qalmaqallı qanun qəbul edilib. Hakim partiya tərəfindən təklif edilən qanun cinsi zorakılıqla bağlı olub.

Təklif edilən dəyişikliyə görə uşaqların cinsi istismara məruz qaldığı zaman təcavüz edən uşaqla evlənərsə, ona verilən həbs cəzası təxirə salına və ya ləğv edilə bilər.

Türkiyə mətbuatının məlumatına görə, iqtidardakı AKP-nin dəstəklədiyi dəyişikliyə müxalifət partiyaları etiraz ediblər. Buna baxmayaraq, hakim partiyanın səsi yetərli olub ki, qanun qəbul edilsin.

Ədliyyə naziri Bekir Bozdağ bildirib ki, həbsxanalarda təcavüzdən 3-4 min insan var və bu hallarda ən çox qadınlar zərər çəkirlər. CHP millət vəkili Tuncay Özkan isə AKP-ni təcavüzü normallaşdırmaqda ittiham edib. Digər CHP və MHP millət vəkilləri də oxşar ittihamlar səsləndiriblər.

abzas.net

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

İŞİD lideri bomba ilə yatır

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: