Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Türkiyədə son durum – POLİS ORDUNUN BAŞINDA ƏMƏLİYYAT KEÇİRƏCƏK – Yenilənib

 

24saat.org saytı Türkiyə mətbuatına istinadən bildirir ki, hazırda xuntaçıları zərərsizləşdirmək məqsədi ilə Türk polisi və jandarması TSK Baş Qərərgahına genişmiqyaslı əməliyyat hazırlayır…

Səhər saatlarına yaxın Türkiyə dövlətinə məxsus güclər hərbi dövlət çevrilişinə cəhd edən koalisiyanın silahlı qüvvələrini üstələməyi bacars da, hələ də qardaş ölkədə gərginlik davam etməkdədir.

Baş nazir Binali Yıldırım BİLDİRİB Kİ, “Baş qərargah rəisi vəzifəsinə  BİRİNCİ Ordu Komandiri General Ümid Dündar təyin edildi”.

Hazırda Ankara səmasında xuntaçılara məxsus 4 qırıcı uçuş həyata keçirir. Rəsmi Ankra 4 qırıcının son xəbərdarlıqdan sonra vurulacağını bildirib
24saat.org saytı Türk mətbuatına istinadən bildirir ki, Boğaziçi körpüsünü işğal edən əsgərlər, polisə təslim olub. Təxminən 50 əsgər gözaltına alınarkən, tankların üzərinə çıxan vətəndaşlar qələbələrini qeyd edib.

Boğaz körpüsündən tank atəş açıb: 3 nəfər yaralanıb

34 komandan və 29 yüksək rütbəli zabit vəzifəsini itirib.

Son məlumata görə ümumilikdə 754 nəfər həbs olunub.

Daha bir tank Baş qərargahdan çölə çıxarılan tank, barrikada kimi istifadə olunan yük maşınlarının olduğu bölgəyə atəş açıb.

Atəş nəticəsində bəzi kamyonlarda ziyan meydana gəldi.

Sahədən vətəndaşlar uzaqlaşdırıldı.

24saat.org

 

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Türkiyədən son xəbərlər – 90 ölü, 1563 həbs

%d bloqqer bunu bəyənir: