Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Türkiyədə saxta resept əməliyyatı – Terrorçulara dərman satanlar saxlanıldı

Türkiyənin paytaxtında saxta reseptlərlə terrorçulara dərman satan cinayətkar qruplaşmaya qarşı əməliyyat həyata keçirilib.

Aznews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, 32 rayonda 266 ünvanda həyata keçirilən əməliyyat zamanı 100-dən çox şəxs saxlanılıb.

Məlumata görə, saxlanılanlar arasında Dicle Universitetinin professoru da var.

Saxlanılması mümkün olmayan şəxslərin axtarışları davam etdirilir.

Qruplaşmanın saxta resept və sağlamlıq arayışları ilə xərçəng, kimyaterapiya, psixoterapiya sahələri də daxil olmaqla yüksək qiymətli dərman vasitələrini İraq, Suriyada və digər ərazilərdə döyüşən PKK terror təşkilatının üzvlərinə göndərərək bundan qazanc əldə etdikləri bildirilir.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Rusiyada helikopter qəzası baş verib, üç nəfər ölüb

%d bloqqer bunu bəyənir: