Loading...
Loading...

Türkiyədə saxlanılan hərbçilərin sayı 1374-ə çatdı: 5-i generaldır

Türkiyədə hərbi çevrilişə cəhddə iştirak edən 754 hərbçi saxlanılıb.

24saat.org  Türkiyə KİV-nə istinadla xəbər verir ki, Ankara səmasında F16 təyyarələri və helikopterlər uçmaqda davam edir. Məlumatlara görə, bu uçuşların məqsədi yalnız təhlükəsizliyi təmin etmək üçündür.

 

CNN Türk telekanalının məlumatına görə isə,  Türkiyə Silahlı Qüvvələrinin 5 generalı və 29 polkovniki vəzifəsindən azad edilərək və saxlanılıb. Həmçinin III Ordu Hərəkat Qərargah başçısı, general Ekrem Çağların da saxlanıldığı bildirilib.

Qeyd edək ki, bu gecə Türkiyədə hərbi çevrilişə cəhd edilib. Hərbi çevrilişə cəhd nəticəsində 17 polis əməkdaşı olmaqla 60 nəfərin həlak olduğu bildirilir.

 

Hərbi çevriliş etməyə cəhd edənlər Atatürk hava limanını tutmağa cəhd edib. Prezident Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, hərbi çevrilişi etmək istəyənlər Türkiyə Silahlı Qüvvələrində azlıqda olan bir qrupdur.

***

Son məlumatlara görə, həbs olunanların sayı 1374-ə çatıb.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Məşhur reklamçı və oğlu həyatını itirdi

Loading...
%d bloqqer bunu bəyənir: