Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Türkiyədə səhmlər düşür

Türkiyədə yeni hökumət xəbəri ölkədə səhmlər və lirənin düşməsinə səbəb olub.

Qeyd edək ki, bundan əvvəl baş nazir Ahmet Davutoğlunun istefaya gedəcəyi barədə məlumatlar yayılıb.

Buna səbəb kimi onunla prezident Racep Tayyib Erdogan arasında narazılıq olması göstərilir.

İnvestorlar bunun hökumət və ya siyasi böhran olmasından çəkinirlər.

Yaxın həftələrdə hakim “Ədalət və İnkişaf” partiyasının qurultayı gözlənilir.

Partiyanın nümayəndəsi Reutersə deyib ki, qurultay mayın 21-i iyunun 6-ı arası keçirilə bilər.

Qeyd edək ki, prezident Racep Tayyip Erdogan Türkiyədə prezident üsul-idarəsi tətbiq etməyə və bunun üçün konstitusiyada düzəlişlər etməyə hazırlaşır.

Analitiklər hesab edir ki, Davutoglu da bu planı dəstəklədiyindən bu əslində Ərdoğana yol açmaqdır.

Hazırda ölkədə parlament sistemidir.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Nazarbayev hərracı təxirə saldı

%d bloqqer bunu bəyənir: