Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Türkiyədə raketli terror

İzmirin Bayındır mahalında terroristlər tərəfindən iriçaplı silahlardan istifadə hücum təşkil edilib. Partlayıcı maddələrdən biri dövlət xəstəxanası və Təhlükəsizlik idarəsinin arasındakı bölgəyə düşsə də, xoşbəxtlikdəncan itkisi və yaralanan olmayıb.

Bu gün Bakı vaxtı ilə saat 00.55-də İzmirin Bayındır Mahalında iriçaplı silahlardan istifadə edən terroristlər şəhər mərkəzinə doğru raket atəçləri reallaşdırıb. 24saat.org Türk mətbuatına istinadən bildirir ki, ilkin aşıqlamalara görə atılan 3 ədəd raket mərmisindən biri qarşı-qarşıya olan Dövlət Xəstəxanası ilə Təhlükəsizlik idarəsinin arasındakı əraziyə düşüb.

Hücumda ölən ya da yaralanan olmadığı açıqlanıb. Hadisə yeri təhlükəsizlik çəmbərinə alınıb və təcavüzkarların tutulması üçün genişmiqyaslı əməliyyatlara start verilib

24saat.org

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Qanına qəltan edilən Qəhrəman

%d bloqqer bunu bəyənir: