Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Türkiyədə qiyamçıların bomba zərbəsindən ölən azərbaycanlı polis zabiti dəfn edildi

Türkiyədə iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdi zamanı ağır yaralanan azərbaycanlı xüsusi təyinatlı polis zabiti dünyasını dəyişib.

Virtualaz.org İğdırdan yayımlanan yesiligdir.com saytına istinadən xəbər verir ki, Bülent Yurtseven adlı həmin zabit milliyətcə azərbaycnlıdır, əslən azərbaycanlıların sıx yaşadığı İğdır bölgəsindəndir. O, Fətullah Gülən şəbəkəsinə bağlı hərbçilərin iyulun 15-də Ankara Gölbaşı Xüsusi Təyinatlı Polis İdarəsinə F-16 təyyarəsindən endirdikləri bomba zərbələri nəticəsində ağır yaralanıb, hər iki ayağını itirib. Həmin bomba zərbələri nəticəsində 50-dən çox xüsusi təyinatlı polis həlak olmuşdu.
Bildirilir ki, İğdırın Küllük kəndində qeydiyyatda olan xüsusi təyinatlı polis komissarı Bülent Yurtseven aldığı ağır yaralardan bir gün əvvəl vəfat edib. Onun cənazəsi Ankarada xüsusi mərasimlə dəfn edilib.
“Şəhid Bülent Yurtseven bir Azərbaycan türküydü. Yəni hər fürsətdə təhqir olunan, dışlanan, özgələşdirilən şiələr var ha, onlardan biriydi. Cənazəsi bu üzdən əvvəlcə Ankara Keçiörən Allahü Əkbər məscidinə aparıldı və cənazə namazı öz adətinə görə qılındı. Cənazə namazı qılındıqdan sonra protokola uyğun olaraq Ankara Kocatape məscidinə aparılan cənazə oradan duaların müşaiyəti ilə Cebeci şəhidliyinə aparılaraq dəfn edildi”-sayt yazır.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Ərdoğana sui-qəsd XƏBƏRDARLIĞI: Türkiyə yeni qiyamla üz-üzə

%d bloqqer bunu bəyənir: