Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Türkiyədə konstitusiya dəyişikliyi hazırlığı ilə bağlı komissiya yaradılır

Türkiyədə konstitusiya dəyişikliyi hazırlığı ilə bağlı komissiya yaradılır.

Türkiyə mətbuatı xəbər verir ki, artıq ölkə müxalifəti də iqtidarın bu addımını dəstəkləyib.

Məlumata görə, komissiyada hakim Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) yer alacaq. CHP-ni sədr müavini Bülent Tezcan, MHP-ni isə Afyonkarahisardan seçilmiş millət vəkili Mehmet Parsak təmsil edəcək. Onlar ölkə konstitusiyasına nəzərdə tutulan dəyişikliklə bağlı əvvəlcədən hazırlıq işi görəcək və bunu partiya sədrlərinə təqdim edəcəklər.

Xəbərdə komissiyanın ilk toplantısının nə vaxt keçiriləcəyinin hələlik müəyyənləşdirilmədiyi bildirilib.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Ermənistanda müxalifətin mitinqi keçirilir – FOTO

%d bloqqer bunu bəyənir: