Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Türkiyədə İŞİD-ə qoşulmaq istəyən 10 nəfər tutulub

Türkiyənin cənub-şərqində yerləşən Qaziantep şəhərində, Suriya ilə sərhədə yaxın ərazidə polis əməkdaşları İŞİD terror təşkilatına qoşulmaq niyyətində olan 10 nəfərlik dəstənin üzvlərini yaxalayıblar.

24saat.org “Azadlıq” radiosunun Qırğızıstan şöbəsinin məlumatına əsasən xəbər verir ki, dəstənin üzvləri Şahinbəy rayonunun Atabəy məhəlləsindəki mənzillərdən birində ələ keçiblər.

Dəstə üzvləri arasında İran, Tacikistan, Azərbaycan və Qırğızıstan vətəndaşları olub.

Məhkəmənin qərarı ilə onlar həbs ediliblər.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

ABŞ-da 450-dən çox yazıçı Trampın namizədliyinə qarşı çıxıb

%d bloqqer bunu bəyənir: