Loading...
Loading...

Türkiyədə hərbi çevrilişi bu general etmək istəyib – FOTOLAR

Türkiyədə hərbi çevrilişə cəhdə rəhbərliyi Hərbi Hava Qüvvələrinin sabiq baş komandanı Akın Öztürk Akın edib.

Modern.az saytının məlumatına görə, bu barədə “Anadolu” agentliyi mənbələrinə istinadən məlumat yayıb. Xəbərə görə, o, kürəkəni , polkovnik-leytenant Hakan Karakuşla birgə hakimiyyəti devirmək planını həyata keçirmək istəyib.

Akın Öztürk 2013-cü ildə Hərbi Hava Qüvvələrinə komandan vəzifəsinə gətirilib. 2015-ci ilin avqust ayında vəzifəsindən gedib. O, Ali Hərbi Şuranın üzvü kimi fəaliyyətini davam etdirib. Öztürk bu ilin avqust ayında təqaüdə çıxacaqdı.

Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub.

Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var.Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 2839 nəfərə çatıb.

 

Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayının isə 700 nəfər olduğu bildirilir.

 

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

“Türk Silahlı Qüvvələrinə belə bir qara ləkəni vuranları tarix heç bir zaman unutmayacak”

%d bloqqer bunu bəyənir: