Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Türkiyədə Gülənin evini yandırmaq istədilər

Naməlum şəxslər ABŞ-da yaşayan nurçuluq təriqətinin lideri, rəsmi Ankaranın çevriliş cəhdində ittiham etdiyi Fətullah Gülənin Türkiyədəki evini yandırmaq istəyiblər.

 

24saat.org bildirir ki, bu barədə Türkiyə KİV-I məlumat yayıb.

Bu gün məlum olan həmin hadisə, bazar ertəsi Türkiyənin şimal-şərqindəki Ərzurum vilayəti, Pasinlər rayonunun Korucuk kəndində baş verib.

Naməlum şəxslər Fətullah Gülənin 1941-ci ildə anadan olduğu və əvvəllər ailəsi ilə yaşadığı boş evin qapısını yandırıblar. Alovu görən yerli sakinlər yanğını söndürüblər.

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Şahzadənin bu geyimi qalmaqal yaratdı – fotolar

%d bloqqer bunu bəyənir: