Loading...
Loading...

Türkiyədə FETÖ basqını: Azərbaycanda fəaliyyət göstərən “Akfa Holding” rəhbəri həbs olundu

Son məlumatlara görə, İstanbulda Fətullah Gülənin Terror Örgütü (FETÖ) ilə bağlı bir qrup şəxs həbs olunub.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, onların içərisində FETÖ-ya maliyyə dəstəyi verməkdə ittiham olunan “AKFA Holding” və holdinqlə əlaqəli 51 şirkət, o cümlədən, “A101” market şəbəkəsinin sahibi, ortaqları və əməkdaşları da var.

Məlumatda qeyd olunur ki, “Akfa Holdinq” tərəfindən 2011-2015-ci illərdə toplanan 40 milyon dollar yardım pulu ABŞ və Kanadada olan dərnək və məktəblərə göndərilib.

İstanbul polisinin keçirdiyi əməliyyat zamanı “Akfa Holdinq”in idarə heyətinin rəhbəri Fatih Aktaş və həyat yoldaşı Yeliz Aktaş Üsküdardakı villalarında saxlanılıblar. Daha sonra hər ikisi Haydarpaşa xəstəxanasına gətirilərək tibbi müayinədən keçiriliblər. Daha sonra hər Aktaşlar Anadolu Ədalət Məhkəməsinə gətiriliblər. F.Aktaşın xəstəxanadan çıxarkən əlil arabasında olduğu da diqqətdən yayınmayıb. Onun 1 ay öncə velosipeddən yıxılaraq ayağını sındırdığı bildirilir.

Əməliyyat zamanı aralarında “Akfa Holdinq”in İdarə Heyətinin sədri Fatih Aktaşın da olduğu 50 nəfər saxlanılan zaman şübhəlidən 7 nəfərin ölkə xaricində olduğu məlum olub. Digər 63 şübhəlinin də tutulması üçün əməliyyat davam edir.

Məlumatda bildirilir ki, Akfa Holdinq 2011-2015-ci illərdə yardım kimi toplanan 40 milyon dollar pulun Asiya Bankı vasitəsilə ABŞ mərkəzi Boğaziçi Atlantik Kültürəl Dostluq Dərnəyi, Kanada Türkiyə Dostluq Dərnəyi, Colegios De Education, Mediterraneo SL, Metropolitan Education, Brooklyn Amitiy School, The Respect İnstitute İnc. və Vistom School kimi dərnək və məktəblərə köçürdüyü iddia edilir.

20 ildən artıqdır ki, fəaliyyət göstərən “Akfa Holdinq” texnoloji, inşaat və xidmət sektorunda fəaliyyət göstərir. Akfa Holdinqin saytında yer alan məlumata görə, TRT şirkətinin texnoloji infrastrukturu holdinq tərəfindən hazırlanıb.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Fətullah Gülənə 1900 il həbs cəzası istənilir

%d bloqqer bunu bəyənir: