Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Türkiyədə erməni məktəb və kilsələrinin fəaliyyəti yolverilməzdir”

Rövşən Rzayev: “Ermənilərin istənilən fəaliyyəti əngəllənməlidir”

Türkiyədə 40 erməni məktəbi, 45 erməni kilsəsinin mövcudluğu Azərbaycanda keçirilən anti-Gülən əməliyyatları fonunda növbəti dəfə aktuallaşıb. Belə ki, bəzi siyasilər hesab edir ki, Azərbaycan hökuməti Türkiyədən bu kilsə və məktəblərin bağlanmasını tələb etməli, bu istiqamətdə əməli addımların atılmasına nail olmalıdır.

Məsələ ilə bağlıModerator.az-a açıqlama verən millət vəkili Rövşən Rzayev də hesab edir ki, indiki halda Türkiyədə erməni məktəb və kilsələrinin fəaliyyəti yolverilməzir:

“Türkiyədə erməni məktəb və kilsələrinin fəaliyyəti yolverilməzdir. Qardaş Türkiyə dəfələrlə bəyan edib ki, nə qədər ki, Azərbaycan torpaqları işğal altındadır, ermənilərlə hər hansı əlaqə və əməkdaşlıqdan söhbət gedə bilməz. Istər kilsə olsun, istər başqa şey – ermənilərlə əlaqəli olan hər cür fəaliyyətin qarşısı alınmalıdır. Ermənilər Azərbaycana məxsus məscidləri dağıdıb, onların yerində müxtəlif təyinatlı binalar inşa ediblər. Hesab edirəm ki, qardaş Türkiyə ermənilərin istənilən fəaliyyətinin qarşısını almalı və buna imkan verməməlidir”.

 

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Lənkəranskinin cənazəsini kimin təyyarəsi gətirib? – Açıqlama

%d bloqqer bunu bəyənir: