Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
dollar4

Türkiyədə dolların məzənnəsi daha bir rekorda imza atıb

Türkiyədə son bir ayda dolların məzənnəsinin 13% artaraq 3,48 TRY/USD-yə yüksəlib.

“Report”un analitik qrupu bildirir ki, buna səbəb Türkiyənin maliyyə bazarlarından əsasən xarici kapitalın axını olub. Son həftə ərzində isə proses daha da güclənib. Belə ki, Türkiyə Mərkəzi Bankının (TCMB) hesabatına görə, noyabrın 25-də bitən həftə ərzində Türkiyənin istiqraz bazarında qeyri-rezidentlərin satışı 969 mln. ABŞ dolları, səhm bazarında isə 11 mln. dollar təşkil edib.

Türk lirəsində olan aktivlərin satışından əldə edilən vəsaitin xarici valyutaya, xüsusən də ABŞ dollarına yönəlməsi dolların məzənnəsinin artmasına səbəb olub.

“Report”un analitik qrupunun apardığı araşdırmalar göstərir ki, son bir ay ərzində qeyri-rezidentlərin Türkiyədə istiqraz satışı 2,12 mlrd. dollar, səhm satışı isə 530 mln. dollar təşkil edib. Ümumilikdə, maliyyə bazarlarından xarici kapital axını 2,65 mlrd. dollar olub.

“Türkiyə maliyyə bazarlarından kapital axını 2017-ci ilin ilk rübünün sonuna qədər dəyişik templə davam edəcək. Bu səbəbdən, TRY/USD məzənnəsinin 2017-ci ilin ilk rübünün sonuna qədər 3,70-3,90 diapazonuna qədər yüksəlməsi mümkündür”, – deyə analitiklər əlavə ediblər.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Neftin qiyməti sürətlə bahalaşır

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: