Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Türkiyədə cevriliş ona görə baş tutmadı ki…”

“Təəssüf ki, İslam ölkələrində təhsil siyasətə qulluq edir”

Türkiyədə baş verən son olayların ardından həbs və təqib dalğasının Fətullah Gülənə bağlı olması ehtimalı ilə təhsil sferasına da çatması, on minlərlə təhsil işçisinin işindən kənarlaşdırılması, minlərlə müəllimin, orta və ali məktəb rəhbərlərinin istintaqa cəlb edilməsi dünyanı şoka saldığı kimi Azərbaycanda da diqqətlə izlənilməkdədir.
Bu heç də təsadüfi deyil. Məsələ burasındadır ki, Fətullah Gülən ismi Azərbaycanda da çox məşhurdur və ona bağlı olan xeyli sayda məktəb və universitet məzunu olduğu danılmazdır. Amma o da etiraf edilməlidir ki, Azərbaycanda fəaliyyət göstərən Fətullah gülənə bağlı türk məktəbləri təhsilin keyfiyyəti, dəmir intizamı ilə seçilib. Amma indi elə vəziyyət yaranıb ki, həmin məktəblərin məzunlarını Türkiyədə terrorçu kimi qələmə verməyə başlayıblar…
Belə çıxır ki, Azərbaycanda da Fətullah Gülən məktəbləri terrorçu yetişdirib. Bu nə dərəcədə məntiqlidir?
Ümumiyyətlə, Azərbaycandakı türk liseyləri haqqında ictimai fikir necədir?
Moderator.az – ın əməkdaşı bu sualla tanınmış təhsil eksperti, əməkdar elm xadimi, professor Şahlar Əsgərova müraciət edərək aşağıdakı cavabı alıb:
“Sualınıza cavab verməzdən qabaq istərdim ki, əvvəlcə oxucularınız belə bir sual ətrafında düşünsülər: niyə, misal üçün,  ABŞ və ya Norveçdə dövlət çevrilişi etmək mümkün deyil, ancaq Ukraynada və ya Misirdə mümkündür?
Bu suala cavabı keyfiyyət faktoru adlandırdığım anlayışdan istifadə edərək cavab vermək mümkündür. (Qeyd edim ki, bu anlayış BMT tərəfindən hər il hesablanan İnsan İnkişafı İndeksi (HDİ) ilə analitik bağlıdır).
Bu əmsal  cəmiyyətdə ictimai mənafenin şəxsi mənafeyə olan nisbətini göstərir. İnkişaf etmiş ölkələrdə  keyfiyyət faktorunun qiyməti 5-dən böyükdür. Misal, ABŞ üçün bu faktorun qiyməti 10, Norveç üçün isə 15-ə bərabərdir. Bu o deməkdir ki, Norvecdə hər on beş nəfər əhalidən 14 – ü ictimai mənafe, biri isə şəxsi mənafe daşıyıcısıdır. Praktiki həyatda bu o deməkdir ki, bu 14-lər imkan verməzlər ki, 1(bir) lər toplanıb dövlət çevrilişi etsinlər.
Keyfiyyət faktorunun qiyməti 5-dən az olan dövlətlərdə dölət çevrilişi ehtimalı var. Bu faktor nə qədər az olarsa, bu ehtimal da bir o qədər çox olar. Türkiyə üçün bu faktorun qiyməti təqribən 3-dür. Yəni orta hesabla hər üc nəfərin ikisi ictimai mənafe, biri isə şəxsi mənafe daşıyıcısdır. Türkiyədə cevriliş ona görə baş tutmadı ki, ictimai mənafe daşıyıcıları dövlətə dəstək verdilər. Yəni hərbçilərə qarşı iki qüvvə birləşdi və çevriliş baş tutmadı.
Sualınızın ikinci hissəsi ilə bağlı qeyd edim ki, belə qərarlar “təhsil – siyasət” münasibətindən doğur. Təəssüf ki, İslam ölkələrində təhsil siyasətə qulluq edir. İsveç timsalında deyə bilərik ki, Nobel  mükafatı verməklə bu ölkədə siyasət elmə-təhsilə qulluq edir. Digər Qərb ölkələri də bu xəttə sadiqdirlər”.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Azərbaycanda Türkiyə hərbi bazası – PREZİDENT FƏRMANI

%d bloqqer bunu bəyənir: