Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Türkiyədə azərbaycanlı ailənin faciəsi – FOTOLAR

Türkiyədə 62 yaşlı Azərbaycan vətəndaşı çimərlikdə boğulub.

APA-nın verdiyi məlumata görə, sentyabrın 10-da Antalyanın Konyaaltı qəsəbəsinin Sarısu Mesire bölgəsindəki çimərlikdə 62 yaşlı Fənah Əhmədov boğularaq həyatını itirib.
Saat 19:00 radələrində suda turistlər suda naməlum şəxsin cəsədini görüblər və dərhal polisə məlumat veriblər. Sahildəki xilasedicilər 1954-cü il təvəllüdlü F.Əhmədovun cəsədini sahilə çıxarıblar. Həkimlər onun həyatını itirdiyini müəyyənləşdiriblər. F.Əhmədovun ölüm xəbərini alan qızı və yaxınları çimərliyə gəliblər. Onun yaxşı üzə bilmədiyi də məlum olub.
Nəşrin əldə etdiyi məlumata əsasən, F.Əhmədovun həyat yoldaşı ötən il Antalyada həyatı itirib. Polis faktla bağlı araşdırmaya başlayıb.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Suriya Lavrov-Kerri razılaşmasını dəstəklədi

%d bloqqer bunu bəyənir: