Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
isid1-300x225

Türkiyədə 81 İŞİD silahlısı saxlanıldı

Türkiyə polisinin ölkənin bir neçə əyalətində İŞİD silahlılarına qarşı keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində terrorçuluqda şübhəli bilinən 81 nəfər saxlanılıb.

Əməliyyat İstanbul şəhərini, Qaziantep, Şanlıurfa, Kırklareli və Ərzurum əyalətini əhatə edib. Məlumata görə, zərərsizləşdirilmiş qrup gəncləri İŞİD sıralarına cəlb etməklə, həmçinin, Suriya və İraqdakı terrorçulara maddi-texniki yardım göstərməklə məşğul olub.

Saxlanılanlardan 21 nəfərin İŞİD-in yerli qruplarının rəhbəri, 60 nəfərin isə əcnəbi olduğu bildirilir. Onların vətəndaşlığı barədə məlumat verilmir.

Saxlanılanlardan silah-sursat və onların terrorçuluq fəaliyyəti ilə məşğul olduğunu təsdiqləyən maddi sübutlar aşkarlanaraq götürülüb. (APA)

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Prezidentdən qəribə açıqlama: “Allah dedi ki, bir də söyüş söysən…”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: