Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Türkiyədə 38 min məhbus azadlığa buraxılır – AMMA NƏZARƏTDƏ SAXLANILMAQ ŞƏRTİLƏ

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda dərman preparatlarının ölkə ərazisinə qanunsuz yolla gətirilməsinə cəhdin qarşısını alıblar.

24saat.org Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikası vətəndaşının baqajına rentgen aparatıyla baxış zamanı monitorda dərman preparatlarının təsviri görünüb və baqaja təkrar yoxlama keçirilib.

Nəticədə, vətəndaşın çamadanında əvvəlcədən gömrük orqanına şifahi, elektron və ya yazılı formada bəyan edilməyən xeyli miqdarda dərman preparatları aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Bakıda sərnişin avtobusunda yanğın – FOTO

%d bloqqer bunu bəyənir: