Loading...
Loading...

Türkiyə və Rusiya davası bitdi – Ərdoğan və Putin bu həftə telefonla danışacaq

Baş nazir Binali Yıldırım: “Biz noyabrdan bu yana yaşananları yaşanmamış sayıb, hər şeyi yenidən başlayacağıq”


TRT kanalına müsahibə verən Türkiyənin baş naziri Binali Yıldırım olduqca mühüm, sensasional sayıla biləcək açıqlamalar verib. O, deyib ki, prezident Ərdoğanın bu gün Putinə ünvanlanan və həlak olan rus pilotunun ailəsindən üzr istəyən məktubunun məzmunu Rusiya tərəfi ilə anlaşılıb və qarşı tərəf bunu müsbət qarşılayıb. “Krizis bitib və problem dadlıya bağlanıb ”, deyən B. Yıldırım vurğulayıb ki, uzun sürən danışıqlardan, qarşılıqlı razılaşdırmalardan sonra belə bir məktub yayılıb. O, deyib ki, daxili siyasətdə bu məktubu kim necə istəyir, yoza bilər: “Lakin bizim bu cür reaksiyalara cavab verməyə vaxtımız yoxdur. Dünya ekonomisi olduqca fəlakətli durumdadır, qarşıda görüləcək çox işlərimiz var”, deyə Binali Yıldırım “artıq önə baxmaq lazım, olanlar oldu, keçdi”, deyə inamla vurğulayıb.

B. Yldırım daha sonra deyib: “Bu tək tərəfli addım deyil. Rusiya ilə anlaşılmış, kriz halının normala döndürülməsi, normallaşması sürəcinin yekunudur. Biz bunu Rusiya ilə razılaşdırmışıq. Bir-iki gün sonra prezident Ərdoğan Rusiya prezidenti Putinlə ilə telefonla danışacaq. Bununla da kriz tamamən bitəcək. Ciddi addımlar atılıb, anlaşmalar var, biz noyabrdan bu yana yaşanmışları yaşanmamış kimi qəbul edəcəyik. Bütün istiqamətlərdə münasibətlərin normallaşmasına çalışacağıq. O cümlədən, iqtisadi və turizm sektorunda qaldığımız yerdən başlayacağıq, yatırımları bərpa edəcəyik”.

Qeyd edək ki, Rusiya ilə Türkiyənin münasibətləri ötən ilin noyabr ayında Suriya sərhədlərində Rusiya hərbi təyyarəsinin vurulması ilə pozulub. Məsələyə münasibət bildirən Rusiya prezidenti bu addımı “kürəyimizə sancılan xəncər” kimi dəyərləndirmiş, Türkiyədən üzrxahlıq və kompensasiya tələb etmişdi. Bu müddət ərzində münasibətlər son dərəcə pisləşmiş, rus turistlərinin Türkiyəyə yolunun bağlanmasına, iqtisadi sferada münasibətlərin tamamən durdurulmasına qədər inkişaf etmişdi. Lakin bu müddət ərzində Türkiyə-Rusiya münasibətlərinin bərpası istiqamətində gizli vasitəçilərin çalışmaları heç dayanmayıb.

Musavat.com-a məlum olub ki, ki, bu iki nəhəng ölkənin siyasi iqtidarlarının barışması üçün Azərbaycan prezidenti İlham Əliyev də durmadan çalışıb, hətta bir neçə ay əvvəl prezidentləri barışdırmaq nöqtəsinə qədər fəaliyyət göstərib. Lakin belə bir nəticənin əldə olunduğu bir gündə Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlunun hansısa bir mitinqdə Rusiyanı və prezident Putini ağır sözlərlə aşağılaması prosesi tormozlamışdı. Rusiya tərəfi hesab edirdi ki, Davudoğlu ABŞ-ın Türkiyə iqtidarındakı əsas adamıdır və bunu qəsdən edir.

Təsadüfi deyil ki, musavat.com Türkiyədə hökumət dəyişərkən obrazlı bir başlıq vermişdi: Davudoğlunun kəlləsini Putin istədi, Ərdoğan verdi…

İndiki baş nazir B. Yıldırım iş başına gələn kimi yeni hökumət barış kursu götürdü və artıq ortada ciddi nəticələr var. Türkiyə eyni zaman kəsiyində İsrail və Rusiya ilə barışdı.

Musavat.com proseslə bağlı daha dərin bilgiyə sahibdir. Ərdoğanın məlum məktubunun yayıldığı gün Rusiya və Azərbaycan prezidentlərinə yaxın simanın Ankarada olması, mühüm missiyalar aparması haqqında da məlumatımız var…

Musavat.com

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Qlobal bazarlarda düşüş davam edir

Loading...
%d bloqqer bunu bəyənir: