Loading...
Loading...
eston.jpg

Türkiyə və İraq arasında razılıq əldə olunub

Türkiyə və İraq arasında razılıq əldə olunub.

“Report” “Milliyet”ə istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Eşton Karter Ankaraya səfəri çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, hər iki dövlətin rəhbərliyi İraqın Mosul şəhəri yaxınlığındakı Başika hərbi bazası və İŞİD terror qruplaşmasına qarşı əməliyyatlarda iştirak etmək üçün prinsipial razılığa gəlib: “Hazırda bir müqavilə var. Ancaq indi bunun üzərində çalışırıq”.

Qeyd edək ki, İraqın Mosul əyalətinin Başika bölgəsi yaxınlığında Türkiyənin hərbi bazası yerləşir. Onlar İraqın şimalındakı kürd muxtariyyətinin silahlılarını terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə aparmaq üçün təlim keçirlər. İraq Türkiyədən Mosul yaxınlığındakı Başikadan hərbçilərini çıxarmağı tələb edir. Türkiyə isə orada beynəlxalq hüquq normaları çərçivəsində mövcudluğunu bildirir.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Ayaq barmaqları əlinə tikildi – UNİKAL ƏMƏLİYYAT

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: